> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# 🍳 KDS-də Stop List Funksionallığı Artıq Aktivdir!

Artıq KDS (Kitchen Display System — Mətbəx Ekranı) üzərindən birbaşa **Stop List** idarə etmək mümkündür!
Bu yenilik sayəsində mətbəx əməkdaşları artıq terminala keçmədən, bitən və ya mövcud olmayan məhsulları birbaşa KDS üzərindən Stop Listə əlavə edə və çıxara bilirlər.
**Necə işləyir:**
* İlk olaraq, KDS → Ayarlar bölməsində və ya Stop List düyməsinə kliklədikdə açılan pəncərədən əsas terminalın IP ünvanını daxil edin.
* IP ünvanı uğurla daxil etdikdən sonra Stop List düyməsinə klikləyin — yeni səhifə açılacaq.
* Açılan səhifədə:
1. Sol tərəfdə: hal-hazırda Stop Listdə olan məhsullar görünür.
2. Sağ tərəfdə: mövcud məhsullar və kateqoriyalar əks olunur.
* Sadəcə sağ tərəfdən istədiyiniz məhsulu seçin və Stop Listə əlavə edin və ya çıxarın.
**Faydası:** Bu funksiya mətbəxdə işi daha çevik və effektiv edir — artıq ofisiant və ya kassirə məlumat ötürməyə ehtiyac yoxdur, mətbəx əməkdaşı prosesi birbaşa öz ekranından idarə edə bilir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_qzk6am.png)

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/pictures-4_zxr3sh.png)


![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/imagei6zftu_one1wt.png)

