> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# İstifadəçi sessiyasının avtomatik bağlanması

İstifadəçi sessiyası, sistemdə istifadəçinin aktiv olduğu müddəti ifadə edir. Bu funksiyanın əsas məqsədi **təhlükəsizliyi artırmaq, sistemin daha effektiv işləməsini təmin etmək və icazəsiz girişlərin qarşısını almaqdır**. İstifadəçi müəyyən müddət ərzində heç bir əməliyyat etməzsə və ya seçilmiş funksiyalardan biri icra olunarsa, sistem sessiyanı avtomatik bağlayır.

Bu funksiyanı aktiv etmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:

Bunun üçün arxa paneldə **Cihazlar → Terminallar** bölməsinə daxil olub, dəyişiklik etmək istədiyimiz terminalın qarşısında **üç nöqtə** düyməsini, sonra isə "**Dəyişmək**" düyməsini seçirik.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/8/4/9/4/84946ff2bc752000/dd46571c-d4e8-4d85-a0ab-5e5d58_1uscx3t.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1365178637/65c9438c34ac0a72eb3a2b091e0b/Google+Chrome+2025-02-04+23_01_18.png?expires=1759767300&signature=a8ce41614eb8a38bd7ba3fe6ccada6eacfdec7908f9d865c4e52a3454de379e0&req=dSMhE8h5lYdcXvMW1HO4zVD1zGl3pq%2Bku4O4sCWvmnjZ1a3J8481pmc0SM7r%0AbxOdMzEgyksIQ1qIFTY%3D%0A)

Açılan pəncərədə "**İstifadəçi sessiyasının avtomatik bağlanması"** bölməsi ilə qarşılaşacağıq. Edilən konfiqurasyalar yalnız bu terminala aiddir. Aşağıda sadalanan seçimlərdən hər hansı biri aktiv olduqda və müvafiq funksiyanı yerinə yetirdikdə, həmin terminal üçün sessiyadan çıxış ediləcək.

* **Şöbəyə yolladıqdan sonra**
* **Çek bağlandıqdan sonra**
* **Hərəkətsiz vaxtdan sonra**

"**Hərəkətsiz vaxtdan sonra**" seçimi aktiv edildikdə, aşağı hissədə vaxt təyin etməyə imkan verən bölmə yaranır. Bu sahədə vaxt saniyə ilə qeyd edilməlidir. Müəyyən edilmiş vaxt bitdikdən sonra istifadəçi sessiyasından avtomatik çıxış ediləcək."

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/5/8/9/4/58942db375a6f800/60cb2b3a-e944-4bf1-a88d-7f3b7c_1urixs9.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1365184095/0fe4288c87bd2ca280654c307232/Google+Chrome+2025-02-04+23_03_54.png?expires=1759767300&signature=cd5d71a29d5679d7d5231a6e2d37012a2ef21078af149946fa6ee1e07ae0dde3&req=dSMhE8h2mYFWXPMW1HO4zUFZrr9%2FKygli0klCsWD4EJ5KsYwLEzc5hghfP%2BQ%0AmGJkCqRY3P5tWAaIbBA%3D%0A)

Hərəkətsiz vaxt tamamlandıqda sessiyanın bağlanması ilə bağlı bildiriş alacaqsınız. Bu bildirişdə sessiyanı bağlamaq və ya sessiyada qalmaq seçimləri təqdim ediləcək. Seçiminizi edərək uyğun əməliyyatı yerinə yetirə bilərsiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/8/8/f/7/88f7f7013d104000/d5b9eadb-a77d-4433-a035-220c4f_folgxv.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1383579431/86a9ec55eeb6a62cc2c37261ad36/Screenshot_2.png?expires=1759767300&signature=43fb822e736f865420800f2eeca86a578fc7cf48689caa07c725f0239b4ffd18&req=dSMvFcx5lIVcWPMW1HO4zYJRQG7V0dM0K%2BkB8haWSD0ZR0uDcmAaIuopGUVd%0APuVp6SqyxMit0ixmaMg%3D%0A)
