> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# İp adresin rezerv edilməsi

### Routerin idarəetmə panelinə daxil olmaq üçün aşağıdakı addımları izləyə bilərsiniz:

* **IP ünvanını tapmaq üçün:** Routerin IP ünvanını tapmaq üçün aşağıdakı addımları izləyin:
* ***Win + R*** düyməsinə sıxın və açılan pəncərədə ***cmd*** yazın. Bu, komanda sətrini açacaq.
* Komanda sətrində ***ipconfig*** əmrini daxil edin və "**Enter**" düyməsini sıxın.Nəticədə "**Default Gateway**" altında routerin IP ünvanını görəcəksiniz.
* **Brauzeri Açın:** Hər hansı bir brauzeri açın (Google Chrome, Firefox və s.).
* **Routerin IP ünvanını daxil edin:** Routerinizin IP ünvanını brauzerin ünvan sətrinə yazın. (Məsələn, 192.168.5.1)

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/6/d/0/76d0c8c86f64d000/70cf0fff-e5fd-46a4-9039-6bed1e_h8z1x1.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1221937351/216a5ebad4b76a0eb834f4c23c7b/Screenshot_1.png?expires=1759767300&signature=073116d372b6f809a7c896b057f031fdb3cd34c822c1601cd317447cbf0e23db&req=dSIlF8B9moJaWPMW1HO4zansWgUtNyEcXsv4BnNYYvPtxAA2XhpxVzZbrW7M%0A%2Bk%2F0yIUrDlOFuU8WR%2FI%3D%0A)

* İstifadəçi adı: **admin**  
Şifrə: **admin** və ya boş buraxıla bilər.
* Əgər bu məlumatlar işləmirsə, internet provayderinizlə əlaqə saxlayaraq düzgün giriş məlumatlarını əldə edə bilərsiniz. Alternativ olaraq, routerin alt hissəsində və ya təlimat kitabçasında göstərilən standart şifrəni yoxlaya bilərsiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/e/1/8/6/e186b6ffb71f3800/50f11e5e-96a4-400b-ae9e-317a8a_2u4l01.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1220542191/66c4c586fbc65a26f2cb65e45919/Screenshot+2024-10-18+103939.png?expires=1759767300&signature=a7d2fa7c5847a124f8e14703e35ebbc118acc8c882ce46d437421ce5f5c399f3&req=dSIlFsx6n4BWWPMW1HO4zcf64Y9PdHEEPZUXgZRSNY%2BSxmtsxDs8%2Bk%2F%2FELd5%0A6plfmHDRpQw9dx1HGUQ%3D%0A)

Açılan pəncərədə **DHCP > Address Reservation** bölməsinə daxil oluruq. Burada **Add New** düyməsini basaraq yeni bir IP ünvanı əlavə edirik. Rezerv etmək istədiyimiz cihazın IP və MAC ünvanlarını müvafiq hissələrə daxil edirik:

* **IP Address**: Rezerv etmək istədiyiniz cihazın IP ünvanını bu sahəyə yazın.
* **MAC Address**: Cihazın MAC ünvanını müvafiq sahəyə daxil edin.

Hər iki məlumatı düzgün daxil etdikdən sonra, **Status** hissəsində **Enable** seçimini işarələyirik və dəyişiklikləri yadda saxlamaq üçün **Save** düyməsini klikləyirik. Bu addımları yerinə yetirdikdən sonra cihaz üçün IP ünvanı rezerv olunmuş olacaq.

|| 💡Qeyd edək ki, bəzi routerlərdə MAC address "-" (tire) simvolu ilə, bəzi routerlərdə isə ":" (qoşa nöqtə) simvolu ilə yazılır. Bu səbəbdən, MAC ünvanını daxil edərkən routerin tələb etdiyi formatı diqqətlə izləmək vacibdir. Hər bir routerin fərqli format qəbul edə biləcəyini nəzərə alaraq, məlumatları düzgün şəkildə daxil etmək cihazın problem yaşamadan işləməsini təmin edəcək.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/e/6/3/c/e63cbdaa066f3800/e86907bf-a134-4fc3-8e3a-7ad3a4_xfpsx1.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1221938476/c7820202b32161f99dc2b733c507/Screenshot_1.png?expires=1759767300&signature=b469a69e66a5dd6ebb99192db7516209983520cca217f9469da102bea422a907&req=dSIlF8B9lYVYX%2FMW1HO4ze1NmJcCmErsW5pdI2tJpVUVY0BlZCSzmYJvc%2BmI%0AN%2FQOaohwJtSRE6BSasM%3D%0A)

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/a/d/e/c/adec99b17194d800/15f42ffd-3513-43ea-8733-0d281b_tg45dk.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1221938849/9d81862ac863ef9a9a50bc036496/Screenshot_2.png?expires=1759767300&signature=97d3245d9e1d36f2a43443d1294cd9d93edd204b6d40093c206a5e0dc2d17820&req=dSIlF8B9lYlbUPMW1HO4zTamtUuVi9%2FYEcjBhgfYWxFAkjUju9hkMHJLtuJo%0A02lSx0RNFpoY9Zxakgc%3D%0A)