> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# İnventarlaşdırmanın import edilməsi

## İnventarlaşdırmanın Import Edilməsi:

Saydığınız mal ehtiyatlarının miqdarını **toplu şəkildə Excel faylı** olaraq sistemə **import** etmək mümkündür. Bunun üçün aşağıdakı addımları izləyirik:

1. **Arxa panel → İnventar → İnventarlaşdırma** bölməsinə daxil oluruq və **Yarat** düyməsini vururuq.
2. **Anbar** seçib, inventarlaşdırma edəcəyimiz məhsulları səhifəyə əlavə edirik.
3. Əlavə edildikdən sonra, sənədi **export** edib **kompüterə yükləyirik**.
4. Yüklənmiş Excel faylında bəzi bölmələrdən başqa, yalnız müəyyən sütunlara ehtiyacınız olacaq.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/e/1/c/4/e1c478055e14b800/e11fc02e-016c-4531-931a-7a7ce1_1gyio1i.png)](https://downloads.intercomcdn.com/i/o/1024993112/c61b48c207ed70dea5c81ad8/Screenshot_1.png?expires=1759767300&signature=24d52b68b8c10a8330ba728f19e230631c4023c3db4e75b4275c14f5afec2af6&req=dSAlEsB3noBeW%2FMW1HO4zbqao9H6W7m%2FZVn7NTdwfibfXK2cE%2FRk9jqmLgLe%0AJqnbrECnFseeWMLwwGY%3D%0A)

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/1/b/4/f/1b4fda2cd5897300/3571001d-d44a-4344-a9d4-50ccc5_5si9ld.png)](https://downloads.intercomcdn.com/i/o/1024994258/ef5a4ea6594b92ccff4dcd5f/Screenshot_2.png?expires=1759767300&signature=3ec621e483771fac9c4c58e93ac78475f24669a1bf8fd0d23d82c0ecd677be3a&req=dSAlEsB3mYNaUfMW1HO4zUf4vtaihBJzVAfiiOC%2FfaZHyOKUWAberO6GcbEp%0A5M6hwO4vR7cpMBawNFs%3D%0A)

Bu formada excel yüklənmiş olacaq. Amma sizə buradan bəzi bölmələr xaric heç bir bölmə lazım olamayacaq.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/c/7/5/b/c75b936d9f841000/be96e73a-fd30-4729-b64b-b445a9_1lav7un.png)](https://downloads.intercomcdn.com/i/o/1025042299/e04493d35dc76a78a8aa5a3e/image.png?expires=1759767300&signature=e8537d04c81353a20148affb9bf9709d3ad1d30c8a12b53b106a3a6da103cb2a&req=dSAlE8l6n4NWUPMW1HO4zV7w8BvYURYJEgA3IJLnXMVvbooqJc9UNurzJn9K%0Akqv8JaslmNXNNsOYNA8%3D%0A)

**Gərəkli Sütunlar:**  
Sizə sadəcə bu **3 sütun** lazımdır:

* **İD kodu** – Sistem tərəfindən məhsulun tanınması üçün lazımdır.
* **Məhsul** – Məhsulun adını görürsünüz və faktiki anbar qalığını hara qeyd edəcəyinizi görürsünüz.
* **Quantity** – Faktiki anbar qalıqlarının miqdarını qeyd edirsiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/f/9/1/8/f918eb6cbb5a9800/77a1d548-302f-40eb-8bca-38bc7a_15577lm.png)](https://downloads.intercomcdn.com/i/o/1025043321/5894330437551455081d3955/image.png?expires=1759767300&signature=dc0c51425af6c35bb11f7cbdb42714bb02c941e6496714c5e1439563f2785c48&req=dSAlE8l6noJdWPMW1HO4zU1vHN%2BHP90Trgyn0WzyDEJe3tzjIBro8XPsaU7T%0A2SrmUHuB8etvX97sGLQ%3D%0A)

Yuxarıda göstərilən məlumatları daxil etdikdən sonra, həmin **Excel faylını yenidən inventarlaşdırma sənədinə import edirsiniz**.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/6/f/d/e/6fde73d3723cf000/a8689efd-e54c-4e6d-aa9b-3e38cf_bfz7ib.png)](https://downloads.intercomcdn.com/i/o/1025046058/b2c2de244e3e9c713e20fe3e/Screenshot_3.png?expires=1759767300&signature=1ada95adff3a0b333a793032abcfa673e1bcfd2c8f0f1d65447904d5bfc0da53&req=dSAlE8l6m4FaUfMW1HO4zdC4KhCSD0TfTCr5DzHEULvK6ePZb%2B%2FkTih4FiET%0ACV5LlE2LE6fl21nIN20%3D%0A)

## Addım 1 və Addım 2

Əgər **1-ci** və **2-ci Addımı** eyni anda istifadə edirsinizsə, Excel faylı **2 səhifəli** olaraq yüklənəcək. Lakin, **import edəcəyiniz Excel faylı** yalnız **1 səhifəli** olmalıdır və hansı addımda import etmək istəyirsinizsə, həmin addımda import etməlisiniz. Hər iki addımda da eyni sütunlardakı məlumatlara ehtiyacınız olacaq.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/4/8/a/0/48a046ad484ac800/765dd148-c874-4a86-bc71-68b5c7_nhfnqf.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1722609651/56bc62c343167fd8ea5400110457/Screenshot_1.png?expires=1759767300&signature=5f1b675812042c77342ff082a43fe0229e81a728348a65f75acc08cec80e6e28&req=dSclFM9%2BlIdaWPMW1HO4zcHfT%2Foix93uDxscuEs2b37%2FuKhkoLBm%2Br1j7zox%0AUgbWkfaqEIF0868rjLw%3D%0A)

**Sayım Addımları:**

Sayımı aparmaq üçün iki növ addım mövcuddur:

* **Addım 1**: Bu addım, yeməklərin (texniki kartların) və ya yarımfabrikatların tərkibindəki inqrediyentlərin sayımını aparmaq üçün istifadə olunur. Bu addımda qeyd edəcəyiniz faktiki anbar qalığı, həmin miqdara uyğun tərkib üçün **Addım 2**-yə keçəcək.
* **Addım 2**: Bu addımda, artıq tərkibi saymağa başlaya bilərsiniz. Yəni, Addım 1-də qeyd etdiyiniz faktiki miqdar əsasında tərkibin sayımı aparılır.Məhsulları inventarlaşdırma sənədinə əlavə etmək üçün **"Əlavə et"** düyməsindən istifadə edərək məhsulları siyahıya əlavə edə bilərsiniz.

|| 💡Əgər cədvəldə sizə lazım olan və ya lazım olmayan hər hansı sütun varsa, [Cədvəl ](https://az.help.clopos.com/az/article/cedveller-16olw7/)bölməsindən həmin sütunları aktiv və ya deaktiv edə bilərsiniz.

---

Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz!  
​[Excel faylını yükləyin!](https://docs.google.com/spreadsheets/d/19SDAWecM5FEydE4tg70OOkm0mMS4kjAw/export?format=xlsx)
