> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# İnventarlaşdırma

${frame}[](https://www.youtube.com/embed/eCQW4eqNPyc)

${frame}[](https://www.youtube.com/embed/0awFMuPZHNo)

| İnventarlaşdırma — anbarda olan məhsulların sayılması və mövcud miqdarlarının qeyd edilməsi prosesidir. Məsələn, ay sonu mal qalığı hesablanarkən və ya yeni sistemə keçid edildikdə, anbardakı mallar inventarlaşdırma yolu ilə yenidən sayılır və qeydə alınır. Bu proses anbarın dəqiq vəziyyətini müəyyən etməyə, səhvləri aradan qaldırmağa və ehtiyatların düzgün idarə edilməsinə kömək edir.

## İnventarlaşdırma Bölməsi – Ümumi Məlumatlandırma

İnventarlaşdırma prosesini izləmək üçün **İnventar** → **İnventarlaşdırma** bölməsinə daxil oluruq. Bu səhifədə əvvəlcədən etdiyiniz sayımların vəziyyətini asanlıqla izləyə bilərsiniz. Burada aşağıdakı məlumatları görə bilərsiniz:

* İnventarlaşdırma sənədlərinin seçilən tarix aralığındakı sayı
* İD kodu
* Prosesin emalda olub-olmaması
* Hansı anbarın sayımının edilməsi
* Sənədin statusunun **təsdiqlənmiş** və ya **qaralama** olması
* Yaradılma, əməliyyat və yoxlanış vaxtı
* Fərqin dəyəri (Gözlənilən qalıq - Toplam qalıq)
* Ümumi inventar dəyəri (Faktiki anbar qalığı x Maya dəyəri)

**Baxış** düyməsinə klikləyərək həyata keçirilən inventara baxa bilərsiniz. Əgər inventarlaşdırma sənədi təsdiqlənməyibsə, bu halda "Baxış" sözü yerinə "Açıq" yazısı görünəcək.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/9/e/d/5/9ed5e7d4f3bb1000/2979e364-2b25-428b-9105-80aee7_1cbfd2n.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1706543656/2bb63f63b0e09b0ff28c28b96da6/Screenshot_2.png?expires=1759767300&signature=be585f96b6891ffc6abd7f5b02f63b25f556463f797be04e218c09d57fba8d54&req=dScnEMx6nodaX%2FMW1HO4zQiGEc7UbHBBJUfvIMKeprHfz%2BZauTeZ839E%2Fb2m%0AMeiFLXA8gGZY67zXbHg%3D%0A)

## İnventarlaşdırma sənədinə müdaxilə:

İnventarlaşdırma sənədinin qarşısındakı 3 nöqtəyə klikləyərək bir neçə əməliyyat seçə bilərsiniz:

* **Sil** – Bu düyməyə klikləyərək inventarlaşdırma sənədini tamamilə silə bilərsiniz.
* **Eksport** – İnventarlaşdırma sənədini **Excel** faylı olaraq kompüterə yükləmək üçün istifadə olunur. [Cədvəldə ](https://az.help.clopos.com/az/article/cedveller-16olw7/)hansı bölmələr aktiv olunubsa, **eksport** edilən zaman həmin bölmələr **Excel** faylına yüklənir.
* **Dublikat** – Əgər hər ay eyni anbarda eyni məhsulları sayırsınızsa, bu funksiya işinizi asanlaşdırar. Həmin məhsulları yenidən sənədə əlavə etməyə ehtiyac olmadan yeni sənəd yaradılır. Bu halda, faktiki anbar qalığının göstərildiyi sütun boş qalır və yeni sənəd açılır.
* **İmtina** – Təsdiqlənmiş inventarlaşdırma sənədini imtina etdiyiniz zaman sənəd silinmir, amma həyata keçirilən əməliyyat ləğv olunur və sənədin statusu **qaralama** vəziyyətinə keçir.

|| 💡 Vacib Qeyd:  Əgər həmin inventarlaşdırma sənədindəki məhsul üçün daha sonra həmin anbarla bağlı yeni bir inventarlaşdırma aparılıbsa, bu halda həmin sənədi silə və ya imtina edə bilməyəcəksiniz. Yalnız o zaman bu əməliyyatlar mümkündür ki, həmin anbar üçün yeni bir inventarlaşdırma edilməmiş olsun.
|| Misal:
|| 1 Sentyabr tarixində Cola məhsulunu inventarlaşdırıb 5 ədəd yazmışıq.
|| Daha sonra 15 Sentyabr tarixində ikinci inventarlaşdırmanı edərək 15 ədəd yazmışıq.
|| Bu halda, 15 Sentyabr tarixindəki inventarlaşdırmadan sonra 1 Sentyabr tarixində etdiyimiz inventarlaşdırmanı silə və ya imtina edə bilmərik.


[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/2/1/0/9/21090ff3dd2ab60/dd986432-39cc-4109-a015-22efe2_zn80hn.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1706634657/8b6c5b888bfc533ad45ac1708469/Screenshot_3.png?expires=1759767300&signature=9547f9c7d6b301baf9b2307f4c09a43f2ec90660961e9658e14ee8775b2c2de0&req=dScnEM99mYdaXvMW1HO4zTCVy8KpmJNfuwj6E%2F%2BxuPvS9%2B1eKec%2Bcsn3G3iD%0AW5si%2FVnVYgCAYIJnQaM%3D%0A)

## Filtr

* **Məhsul filtri** – Burada məhsulun adını axtarışa daxil etdikdə, seçilmiş tarix aralığında həmin məhsul hansı inventarlaşdırma sənədlərində varsa, yalnız o sənədlər göstərilir.
* **Anbar** – Hansı anbarda olan inventarlaşdırma sənədlərinə baxmaq istəyirsinizsə, həmin anbarı seçə bilərsiniz.
* **Silinmişləri göstər** – Silinmiş inventarlaşdırma sənədlərini siyahıya əlavə edir. Lakin unutmayın ki, silinmiş sənədlər geri qaytarıla bilməz. Silinmiş sənədlərin statusu **qaralama** vəziyyətinə keçir və onlara baxış keçirmək mümkün olmur.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/a/c/5/9/ac596f62b94a1000/b38d45fa-bed2-405a-91b5-8bd56a_1pxpkr5.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1706617461/7103399d238a2cbad487ccd02a4b/image.png?expires=1759767300&signature=dc53a7c279403dac52c2cda1bb3af966bfa97a289171c7245da5d24602f80a4c&req=dScnEM9%2FmoVZWPMW1HO4ze%2BaMFrLk0JcaxiSIfv8YWH4WUfXUxj3iEc%2FAp%2BB%0AWQwBkLwTk85ERKBc264%3D%0A)

**Yeni Sayım Sənədi Yaratmaq:**

Sağ yuxarı küncdə yerləşən **+Yarat** düyməsinə klikləyərək yeni bir sayım sənədi yarada bilərsiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/1/6/8/5/1685ad46e2666200/1c9222a8-a967-44cb-954e-7c9ca8_6uzzu1.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1705183687/5aaaf4e65afce78ecace2ddd603e/Screenshot_6.png?expires=1759767300&signature=ee8c4cfe6b6826430591b485767913ee28c0508f9caac2a66d80cf9f8477c11c&req=dScnE8h2nodXXvMW1HO4zdOweiCNtcPUUc52CnB4efJiEK5tQL8q%2BNEO92xx%0Abt2eUd1hhtP2%2BiIj4XI%3D%0A)

* **Əməliyyat Vaxtı -** Sayımı tamamladığınız vaxtı qeyd etməlisiniz. Burada hansı tarix qeyd edilsə, həmin tarixdə anbarda olan gözlənilən qalıq ilə qarşılaşacaqsınız. Həmin tarixə uyğun anbar qalığı göstəriləcəkdir.

| 💡Tövsiyə Edirik:  Sayım prosesini satış zamanı etməyin, çünki satışlar davam etdikcə miqdarlar dəyişir, bu da sayımı dəqiqlikdən salır. Sayımın satışlar bitdikdən sonra aparılması tövsiyə olunur.

* **Anbar** - Sayım etmək istədiyiniz anbarı seçirsiniz. Seçdiyiniz anbarın **aktiv** statusu olmalıdır. Əks halda, etdiyiniz sayım əsassız olacaqdır.
* **Açıqlama**​ - Burada yazdığınız açıqlama inventarlaşdırma sənədləri siyahısında göstərilir. Əgər açıqlamanı görmürsünüzsə, [cədvəldən](https://help.clopos.com/tr/articles/10064527-c%C9%99dv%C9%99ll%C9%99r) açıqlama sütununu aktiv etməlisiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/1/e/0/1/1e0130f9c60eb500/ba0eee38-d41a-498f-b8fc-7493df_vn1uj8.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1706727229/982b3d8038490d29624840dac773/Screenshot_2.png?expires=1759767300&signature=f25271f4cdd87fa746348f9d5344b01221ed39186e3dc01db8339a3434a3c806&req=dScnEM58moNdUPMW1HO4zTQVOX%2FqWq79sUDMU4df%2BJ%2Fuyai8Efl9xAfz%2BXhz%0AIqi6YrpvomYy34jKcxU%3D%0A)

**Sayım Addımları:**

Sayımı aparmaq üçün iki növ addım mövcuddur:

* **Addım 1**: Bu addım, yeməklərin (texniki kartların) və ya yarımfabrikatların tərkibindəki inqrediyentlərin sayımını aparmaq üçün istifadə olunur. Bu addımda qeyd edəcəyiniz faktiki anbar qalığı, həmin miqdara uyğun tərkib üçün **Addım 2**-yə keçəcək.
* **Addım 2**: Bu addımda, artıq tərkibi saymağa başlaya bilərsiniz. Yəni, Addım 1-də qeyd etdiyiniz faktiki miqdar əsasında tərkibin sayımı aparılır.Məhsulları inventarlaşdırma sənədinə əlavə etmək üçün **"Əlavə et"** düyməsindən istifadə edərək məhsulları siyahıya əlavə edə bilərsiniz.

| 💡Tövsiyə Edirik:Əgər istehsalatdan istifadə edərək yarımfabrikatları istehsal edib, məhsul kimi formalaşdırıb anbarınızda saxlayırsınızsa, yarımfabrikatları inventarlaşdırmadan əvvəl istehsal edin və sonra inventarlaşdırma sənədi yaradın. Bu proseslə, inqrediyentləriniz anbardan azalacaq, yarımfabrikatlar isə anbara daxil olacaq.
| Əgər yarımfabrikatlarınızın və ya tex.kartlarınızın özünün anbara daxil edilməsini istəyirsinizsə, Addım 2-dən istifadə edin. Addım 1 yalnız tərkibin hesablanması üçün istifadə olunur.
| Əgər siz istehsalatdan istifadə etmirsinizsə və tərkibləriniz azalmağa doğru gedirsə, bu halda Addım 1-dən istifadə edə bilərsiniz.

**Addım 1: İnventarlaşdırma Sənədində olan Məlumatlar:**

* Məhsulun **ID kodu**
* Məhsulun növünə uyğun **ikonlar**
* Məhsulun adı
* **Barkodu** (varsa)
* **Kateqoriyası**
* **Faktiki anbar qalığı** qeyd etmək üçün sütun
* Məhsul haqqında **şərh** yazmaq üçün yer

Bu məlumatları **Addım 1**-də qeyd etdikdən sonra, **Addım 2**-yə başlaya bilərsiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/1/8/c/718c82fcaa451c00/fdc977f0-45ae-4980-b439-6a797b_1fbghyn.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1706798826/f0cebb75ad7bdf15477739712ff7/Screenshot_3.png?expires=1759767300&signature=24e87500ab43b868625fbb134cac3f4b3abcdfffff8936dee4652e8278740f63&req=dScnEM53lYldX%2FMW1HO4zaMfENrommx%2F5R7VajhcLpxP9BuXoQto3rSxRkb2%0ABzdu97QtouAhuwTEMQI%3D%0A)

**Addım 2: Anbardakı Məhsulların Sayımı**  
İkinci addım anbarda olan mal, məhsul, yemək və yarımfabrikatların sayımını aparmaq üçün istifadə olunur. Əgər siz anbarda məhsulların sayımını etmək istəyirsinizsə, bu addımdan istifadə etməlisiniz.

**Addım 1**-də məlumatları qeyd etdikdən sonra, həmin tərkibdəki məhsullar **Addım 2**-yə keçir. Bu səhifədə **Əlavə et** düyməsinə klikləyərək, istənilən məhsulu inventarlaşdırma sənədinə əlavə edə bilərsiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/6/8/3/f/683f5af78cb05800/51e36438-9eba-4272-951f-b0fc5a_omtaqs.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1706847018/47c13e4ad50781606a08ccbc8eaf/Screenshot_5.png?expires=1759767300&signature=680a9bab32d9135a837c9ffd04d45133f411091dcb6e3905c8f126aaa2c8fd0a&req=dScnEMF6moFeUfMW1HO4zcFca5%2F4E6Ys56mXqjLQKbsXMZfmSzBmBpV5sXjF%0AcZVj4OSbOVFhD2tl2AM%3D%0A)

**Addım 2: İnventarlaşdırma Sənədində olan Məlumatlar:**

* **Məhsulun ID kodu**
* **Məhsulun növünə uyğun ikonlar**
* **Kateqoriyası**
* **Məhsulun adı**
* **Barkodu (varsa)** – Barkod ilə axtarış etmək istəyirsinizsə, **Əlavə et** düyməsinə klikləyib barkodu skan edərək məhsulu tapmaq kifayətdir. Məhsul axtarış səhifəsinə gələcək və onu seçə bilərsiniz.
* **Son yoxlama** – Əgər məhsul əvvəllər inventarlaşdırılıbsa, onun inventarlaşdırma tarixini və saatını görəcəksiniz. İnventarlaşdırma edilməyibsə, (-) işarəsi olacaq.
* **Başlanğıc miqdarı** – Əgər məhsul əvvəllər inventarlaşdırılıbsa, başlanğıc miqdarı öncəki inventarlaşdırma sənədində faktiki anbar qalığına qeyd edilən miqdar qeyd olunur. Əgər məhsul (yalnız inqrediyent) yeni yaradılıbsa, yaradıldığı zaman qeyd etdiyimiz ilkin miqdar başlanğıc miqdarı olaraq yazılır.
* **Tədarük olunub** – Tədarük olunan miqdar.
* **İstifadə olunub** – Satışda istifadə edilən miqdar.
* **Tullantı miqdarı** – Tullantı olunan miqdar.
* **Tullantı dəyəri** – Tullantı olmanın maya dəyəri.
* **Köçürmə olunma miqdarı** – Anbardan digər anbara **köçürülən miqdar** ilə **digər anbardan köçürülən miqdarın** fərqi göstərilir.

Misal:

Bar anbarından Mətbəxə 9 ədəd Cola köçürmüşük.

Mətbəxdən Manqal anbarına 2 ədəd köçürmüşük.

Bu halda, **köçürmə** sütununda **7 ədəd** köçürüldüyü göstəriləcək

Əlavə olaraq, **köçürmə bölməsindəki miqdarın üzərinə** klik etdikdə, **sağ tərəfdə** köçürmə ilə bağlı **ətraflı pəncərə** açılır, burada əməliyyatın detalları göstərilir.
* **Satışın geri qaytarılma miqdarı** – Satışdan geri qaytarılan miqdar.
* **Tədarükçüyə qaytarılan** – Tədarükdən sonra tədarükçüyə qaytarılan miqdar.
* **İstehsalatda istifadə olunan miqdar**
* **Gözlənilən qalıq** – Seçilmiş tarixdə seçilmiş anbarda olması gözlənilən miqdar.
* **Faktiki anbar qalığı** – Sayım nəticəsində faktiki olaraq qeyd edəcəyimiz miqdarı bu sütuna yazırıq.
**Hazırlamalardan gələn** – Bu bölmədə, **Addım 1**-də qeyd etdiyimiz porsiyaya uyğun olaraq, **Addım 2**-də hesablanmış miqdar göstərilir.

**Misal:**

1. **Apelsin şirəsi** texniki kartında anbarda 5 porsiya qalıb.
2. **Addım 1**-də bu 5 porsiyanı qeyd edirik.
3. **Addım 2**-də isə **Apelsin (kq)** inqrediyenti daxil edilir və 5 porsiya üçün lazım olan miqdar **hazırlanmadan gələn** bölməsində qeyd olunur.

Əgər bu **hazırlanmadan gələn miqdara** klik etsək, sağ tərəfdə əməliyyatın detalları göstərilən pəncərə açılır. Bu pəncərədə aşağıdakı cədvəl görünür:

1. **Yazdığımız porsiya**
2. **Bir vahidin tərkibindəki miqdar** (1 porsiya üçün lazım olan kq)
3. **Hazırlanmadan gələn inqrediyentin toplam miqdarı**.

Hesablama belə aparılır:

**Məhsul qalığı** × **Bir vahidin tərkibindəki miqdar** = **Hazırlanmadan gələn toplam miqdar**.

[![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1707202300/7448bd0a87929546dcace0d6d191/Screenshot_5.png?expires=1759767300&signature=bca71388b74f328473e7290dab533e3fa12b3673727d56b9e53623f0091802d8&req=dScnEct%2Bn4JfWfMW1HO4zYZQqWzOhY0VRsZ7gLShhcvK3kNFQ7fXsI0XnPJm%0Ay6vb%0A)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1707202300/7448bd0a87929546dcace0d6d191/Screenshot_5.png?expires=1759767300&signature=bca71388b74f328473e7290dab533e3fa12b3673727d56b9e53623f0091802d8&req=dScnEct%2Bn4JfWfMW1HO4zYZQqWzOhY0VRsZ7gLShhcvK3kNFQ7fXsI0XnPJm%0Ay6vb%0A)

* **Toplam qalıq** – **Faktiki anbar qalığı** ilə **hazırlamalardan gələn qalığın** cəmidir. 1-ci addımda əlavə edilmiş texniki kartlar və yarımfabrikatların tərkibindən, 2-ci addıma gələn tərkiblərin (inqrediyent və hazır məhsul) cəmi ilə **faktiki anbar qalığının** cəmi təşkil olunur.
* **Orta maya dəyəri** – Keçən inventarlaşdırma ilə indiki arasında olan anbara daxil olan maya dəyərlərinin orta maya dəyəri.
* **Sonuncu maya dəyəri** – Anbara daxil olan ən sonuncu maya dəyəri.
* **Ümumi maya dəyəri** – Toplam qalıq ilə orta maya dəyərinin hasilidir.

|| 💡İnventarlaşdırma aparılarkən, faktiki anbar qalığına qeyd edəcəyiniz miqdar gözlənilən qalıqdan çoxdursa, anbara əlavə ediləcək məhsul sonuncu maya dəyəri ilə hesablanaraq əlavə edilir. Əgər faktiki anbar qalığına qeyd edəcəyiniz miqdar gözlənilən miqdardan azdırsa, anbarda olan ilk partiyadan azaldılır.
|| Misal:  
|| Əgər 3 tədarük var:
|| Birinci tədarük 3 manatdan,
|| İkinci tədarük 4 manatdan,
|| Üçüncü tədarük 7 manatdan tədarük edilib.
|| Əgər siz faktiki anbar qalığına 2 yazsanız, anbardan 1 ədəd məhsul azaldılacaq. Azalan zaman, ilk tədarük olan 3 manatlıq məhsul azaldılır, və 4 manat və 7 manat-lıq məhsullar qalır.
|| Bu hesablamalar, İnventarlaşdırma yoxlaması aparıldıqdan sonra hesablanır. Yəni, inventarlaşdırma sənədi açıq olduğu zaman, ferqin dəyəri bölməsi şərti olaraq ümumi maya dəyəri ilə hesablanır.

* **Vahid fərqi** – Gözlənilən qalıq ilə toplam qalığın fərqi.
* **Fərqin dəyəri** – Vahid fərqinin maya dəyəri ilə hasilidir.
* **Şərh** – Məhsul haqqında şərh yaza bilərsiniz. Bu şərh növbəti dəfə bu **inventarlaşdırmaya** nəzər yetirdiyiniz zaman, həmin şərh ilə qarşılaşacaqsınız.

|| 💡Addım 2-dəki sütunlarda yer alan bütün məlumatlar, bundan əvvəlki inventarlaşdırmadan bu yana olan məlumatlardır. Məsələn, Tədarük sütununda məhsulun qarşısında 5 ədəd yazılıbsa, bu, deməkdir ki, əvvəlki inventarlaşdırmadan bəri həmin məhsul 5 ədəd tədarük olunub.


**Məlumatların Saxlanması və Yoxlanması**

Bütün məlumatları daxil etdikdən sonra, **"Saxla"** düyməsinə klikləyərək sənədi **qaralama** olaraq saxlaya bilərsiniz. Bu halda yazdıqlarımız sistemə tətbiq edilməyəcək və sənəd **"qaralama"** olaraq saxlanacaq. Sonradan və ya birbaşa **qaralama** etmədən də **"İnventarlaşdırma yoxlamasını aparın"** düyməsinə klikləyərək **təsdiqləmə** edə bilərik.

[![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1706946609/5b201d8abf878a9ed1dc306fa6e4/Screenshot_6.png?expires=1759767300&signature=31179bdc9ef47a30b24ab32fdeefdf9745cfb88b451f58337d54b5609fee2a5d&req=dScnEMB6m4dfUPMW1HO4zVNhIjxb13SCYxDQ%2BQhht7T1xZxYcJUBhsuf7k%2Fo%0AsiEgvV1di6kOjyr6ac0%3D%0A)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1706946609/5b201d8abf878a9ed1dc306fa6e4/Screenshot_6.png?expires=1759767300&signature=31179bdc9ef47a30b24ab32fdeefdf9745cfb88b451f58337d54b5609fee2a5d&req=dScnEMB6m4dfUPMW1HO4zVNhIjxb13SCYxDQ%2BQhht7T1xZxYcJUBhsuf7k%2Fo%0AsiEgvV1di6kOjyr6ac0%3D%0A)

Statusu **"qaralama"** olan inventarlaşdırma sənədi **narıncı** rəngdə işarələnir və mausun üzərinə gətirdikdə statusu görünür. **"Yaşıl"** rənglə işarələnmiş sənədlər isə **təsdiqlənmiş** sənədlərdir.

[![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1707008949/130341a00360d236626678ec0a62/Screenshot_7.png?expires=1759767300&signature=2daedad496aaed5a9bba966e6c292f65cf2dce6f2d8ab7c29017bc208d6d83ff&req=dScnEcl%2BlYhbUPMW1HO4zYbkeUQ%2FaHy83poI8rOh%2Fzy%2BM0sAOzorRANNUXyZ%0ApdKexSA9lZJcH8ODOGA%3D%0A)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1707008949/130341a00360d236626678ec0a62/Screenshot_7.png?expires=1759767300&signature=2daedad496aaed5a9bba966e6c292f65cf2dce6f2d8ab7c29017bc208d6d83ff&req=dScnEcl%2BlYhbUPMW1HO4zYbkeUQ%2FaHy83poI8rOh%2Fzy%2BM0sAOzorRANNUXyZ%0ApdKexSA9lZJcH8ODOGA%3D%0A)
