> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Həvəsləndirici proqram

## Əməkdaşlara bonus sisteminin tətbiqi:

Əməkdaşlara bonus sistemi tətbiq etmək üçün **Tətbiqlər → Hamısı** bölməsinə daxil olun. Modullar siyahısından **Həvəsləndirici proqramı** tapıb, **+Qoşulmaq** düyməsini klik edin.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/b/9/b/7b9b8d7decd51c00/130b1cb6-2fd7-4e17-8910-2c96b5_16xo9ck.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1719033671/c76eb73a6735e54d79e82766d24e/Screenshot_2.png?expires=1759767300&signature=fdb3903d1390e250b37309beee2d40f0bc3e065f64aa497bed90f5f85bdb7e1b&req=dScmH8l9nodYWPMW1HO4zRu1tWQ8Y%2BgNvL3jIkhrF2GbHFRVqJaPAUZLsJib%0AoomIjyS%2F7rWDN08AeGI%3D%0A)

## Bonus sisteminin aktiv edilməsi:

Modula qoşulduqdan sonra **Əməkdaş →Həvəsləndirici proqramlar** bölməsinə daxil olun. Statusu aktivləşdirərək **Saxla** düyməsini klik edin.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/a/9/b/5/a9b516429f18f80/0f91d91f-e4bf-4755-9f82-602d55_5fuyf6.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1719040049/23f915e2c3414c7a84548f7c0fae/Screenshot_4.png?expires=1759767300&signature=97ad4f7e75f5f8fa5d182207c195c6af90f88797ca1c09361914044545911a79&req=dScmH8l6nYFbUPMW1HO4zUZtb0M3xN%2BRHzuoWs0el33jXxUCbSHR%2BEx0EmC0%0A33xn18mZ27SRGB5Q4kc%3D%0A)

## Həvəsləndirici proqramın yaradılması:

Tətbiqi qoşduqdan sonra həvəsləndirici proqram yaratmaq lazımdır. Bunun üçün **Əməkdaş → Həvəsləndirici Proqram → +Yarat** düyməsini klik edin.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/8/8/8/9/8889a3ff4c953800/c17b2ae9-a2fb-4f78-b339-7c5031_1wwlq30.png)](https://downloads.intercomcdn.com/i/o/1166264897/03c5ec0b93963b45761758ba/Screenshot_4.png?expires=1759767300&signature=83fc0b728cdc5367ed88ec63a92a83ff2d6e6e8369a3d9cfaaa6b39913d7204d&req=dSEhEMt4mYlWXvMW1HO4zclARrIeciWJnCSaawGovx9pLiUiRwnQhuYUzQhU%0AWQkzUWfM8gEZmICc86Y%3D%0A)

## Təşviqetmə Proqramlarının Görüntülənməsi:

Yaradılmış bütün təşviqetmə proqramlarını **Əməkdaş → Həvəsləndirici Proqramlar** bölməsində görmək mümkündür. Bu bölmədə proqramların adı, təsviri, performans növü, aktiv günlər, başlanğıc və bitmə tarixləri, eləcə də digər məlumatlar əks olunur. Hər bir proqramın qarşısında yerləşən üç nöqtəli menyu vasitəsilə proqramı redaktə etmək və ya silmək mümkündür.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/3/b/e/1/3be1f9fe87896a0/3d60c3d2-666d-49f8-82e1-3a20a2_9cnz8j.png)](https://downloads.intercomcdn.com/i/o/1166271923/78e6af9d3fadcf0aed79be56/Frame+13.png?expires=1759767300&signature=363128f005662485ce0cf403d2bb98d8c41f846d0b42c7dbc2fc8712fdb76abe&req=dSEhEMt5nIhdWvMW1HO4zRPyt%2FjH%2B0gTwnybS9Kkko%2F48obUtzUWQhH4WfBp%0AfY8Vhz5VdOLikqyLiiM%3D%0A)

## Təşviqetmə Proqramının Parametrləri:

* **Ad:** Proqramın adını daxil edin.
* **Açıqlama:** Proqramın qısa təsvirini yazın.
* **Performans növü:** "Öz satışları" və ya "Ümumi satışlar" seçimlərindən birini seçin. (Məsələn, "Ümumi satışlar" seçildikdə, hər hansı işçi satış etdikdə digər aidiyyatı şəxslər də bonus ala biləcək. Misal olaraq, menecer hər hansı işçinin satışından bonus ala bilər.)
* **Satış bonusu faizi:** Satışlara görə tətbiq ediləcək bonus faizini təyin edin.
* **Təyin edilmiş rollar:** Proqramın hansı rollara aid olduğunu seçin.
* **Təyin edilmiş işçilər:** Bu proqramın hansı işçilərə aid olduğunu seçin. Əməkdaşa bonus hesablanması üçün ya vəzifə, ya da fərdi olaraq özü seçilməlidir.
* **Satış növləri:** Bu proqramın hansı satış növlərinə aid olduğunu seçin (məsələn, "Yerində" və ya "Çatdırılma").
* **Aktiv tarix:** Bonusların veriləcəyi tarixləri seçin.
* **Aktiv günlər:** Bonusların veriləcəyi həftə günlərini seçin.
* **Aktiv saatlar:** Bonusların veriləcəyi saatları seçin.
* **İstisna kateqoriyalar:** Bonus verilməyəcək kateqoriyaları seçin.
* **İstisna məhsullar:** Bonus verilməyəcək məhsulları seçin.

## Bonus Balansının Görüntülənməsi:

Maliyyə bölməsindən Əmək haqqı səhifəsinə daxil olaraq, hər bir işçinin bonus balansını görə bilərsiniz. Bu səhifədə işçilərin ümumi ödənişi, maaşı, ödənilən məbləğ və bonus balansı kimi məlumatlar yer alır.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/b/c/0/5/bc0583a3e9e6d000/48df614b-067e-40e1-87a9-ec5754_1ik14ca.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1359213250/48f65af1091e3dc0e2b3b8fe7b3d/Google+Chrome+2025-01-31+10_50_28.png?expires=1759767300&signature=24f1c9de0ba0939a4b3d41e1c38599cbedeb4b174970b0af11ce9eec9a7de240&req=dSMiH8t%2FnoNaWfMW1HO4zRAJqlToxE3dEPjI50OhexpqxQO9mVc7P%2BLX1hCP%0AhLy4ozOmmpa77Y2El20%3D%0A)

Bonusa klik etdikdə, onun hansı məhsullardan yarandığını görmək üçün sağ tərəfdə pəncərə açılır. Bu pəncərədən bonusun məbləğini adını, hansı çekdən yarandığını görmək olar.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/e/3/1/b/e31b7ea197cb8800/b1081e1b-733c-463f-b5c9-4b9971_12g5hm4.png =753xauto)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1359218076/2c327367963748e1c8421c969459/Google+Chrome+2025-01-31+10_56_24.png?expires=1759767300&signature=a9a277c6aef17f4920271cfd8819f90563096c9d6802bbb4885c622b8479f021&req=dSMiH8t%2FlYFYX%2FMW1HO4ze2vWkd9HvodSlsHr8xdQJriD22dNlOMCMHrK73%2F%0ARy4WMkJw%2FQJzLSmr1Ws%3D%0A)

## Bonus Hesabatı

**Əməkdaşların bonus hesabatına** **Əməkdaş → Həvəsləndirici Proqram** bölməsinin **Bonus hesabatı** pəncərəsindən, seçilmiş tarix aralığında olan hesabatlara baxmaq mümkündür. **Filtrlərdən** istifadə edərək, bonus hesabatından daha dəqiq məlumat əldə edə bilərsiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/d/6/b/9/d6b906b5a6b12000/5c70d18c-453c-41ed-aa15-915a56_1rcor4t.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1720410290/2e429acbca7ac44af51500b25761/Screenshot_6.png?expires=1759767300&signature=de79a6430ad89fa1a8c7a7af7d388ef141497ad6d3a2da97eb8c954cc940146b&req=dSclFs1%2FnYNWWfMW1HO4zYdzV3vjBAQvUaXGG5ds4%2BhJtb3aLOz1rgMXNhuL%0A1%2Fuhm60UvtKnZbY3gIE%3D%0A)

## Maliyyə əməliyyatı

**Maliyyə əməliyyatları** bölməsindən isə seçilmiş tarix aralığında olan **bonus maliyyə əməliyyatlarına** baxmaq mümkündür. Burada yığılan bonuslar və **Məxaric əməliyyatı** edib bonusun verilməsi hesabatı görünür.

[![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1720410291/9c7c476279eaf815c25bbc3e3b32/Screenshot_7.png?expires=1759767300&signature=107d11a8385c1b5ffc8ba5b221460efc7b9d107d200df999d900437a4daa27d2&req=dSclFs1%2FnYNWWPMW1HO4zfZ6oD36ADKONdsqyChjQkarHLS%2F6M%2BtjdzdNK3V%0A0B6OMMOIxfUd9yEb9%2BQ%3D%0A)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1720410291/9c7c476279eaf815c25bbc3e3b32/Screenshot_7.png?expires=1759767300&signature=107d11a8385c1b5ffc8ba5b221460efc7b9d107d200df999d900437a4daa27d2&req=dSclFs1%2FnYNWWPMW1HO4zfZ6oD36ADKONdsqyChjQkarHLS%2F6M%2BtjdzdNK3V%0A0B6OMMOIxfUd9yEb9%2BQ%3D%0A)

|| 💡Əgər cədvəldə sizə lazım olan və ya lazım olmayan hər hansı sütun varsa, [Cədvəl ](https://az.help.clopos.com/az/article/cedveller-16olw7/)bölməsindən həmin sütunları aktiv və ya deaktiv edə bilərsiniz.

## Əməkdaşa bonus verilməsi:

**Maliyyə → Əməliyyatlar → +Yarat** seçimini edərək, **Bonus (Həvəsləndirici proqram)** kateqoriyasını və bonus veriləcək əməkdaşı seçib bonus-xərc əməliyyatı yarada bilərsiniz. Yaradılmış bonus əməliyyatı nəticəsində əməkdaşın bonus balansı azalacaq.

Məxaric edərkən balansın azalmasının səbəbi əməkdaşınıza bonus ödənişi etməyinizdir.

[![](https://downloads.intercomcdn.com/i/o/1166350807/a8b951bf3bfe650f0b65a48e/Screenshot_4.png?expires=1759767300&signature=b118d03926cae287ee05b77b78904ccf60bc8ff72de21b195dd98aa617d8d7c1&req=dSEhEMp7nYlfXvMW1HO4zdKLYOp%2B1th3Vl5GHSTHcgzG5c33XUEy%2FUoP4%2BBT%0AWPFWGDCsEALuXo7YjJM%3D%0A)](https://downloads.intercomcdn.com/i/o/1166350807/a8b951bf3bfe650f0b65a48e/Screenshot_4.png?expires=1759767300&signature=b118d03926cae287ee05b77b78904ccf60bc8ff72de21b195dd98aa617d8d7c1&req=dSEhEMp7nYlfXvMW1HO4zdKLYOp%2B1th3Vl5GHSTHcgzG5c33XUEy%2FUoP4%2BBT%0AWPFWGDCsEALuXo7YjJM%3D%0A)
