> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Hesabatlarda Filial Filteri Artıq Mövcuddur!

Artıq Hesabatlar bölməsində **Filial filteri** əlavə olunub! 
Bu yenilik sayəsində istifadəçilər fərqli filiallara aid məlumatları daha rahat şəkildə izləyə bilirlər.
** Necə işləyir:**
* Hesabatlar səhifəsində ilkin olaraq aktiv filialın məlumatları göstərilir.
* İstifadəçinin icazəsi olan digər filiallar da seçim siyahısında görünür və istifadəçi həmin filialları seçərək onların məlumatlarını görüntüləyə bilər.
* Minimum 1 filial seçmək məcburidir — filter boş saxlanıla bilməz.
* Filial filteri Hesabatlar bölməsindəki bütün səhifələr üçün keçərlidir.
** Faydası:** Bu xüsusiyyət, bir neçə filialı olan müəssisələrə satış, gəlir və performans göstəricilərini filiallar üzrə tez və dəqiq şəkildə analiz etməyə imkan verir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1krum99.png)
