> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Hesab məlumatlarının dəyişdirilməsi

Hesab məlumatlarınızı istədiyiniz zaman dəyişə bilərsiniz. Bunun üçün, **Arxa panel→Əməkdaş→İstifadəçilər** bölməsinə daxil oluruq. Daxil olduqdan sonra, hansı əməkdaşın məlumatlarını dəyişmək istəyiriksə, onun qarşısında 3 nöqtəyə klikləyib, **dəyişmək** düyməsini seçirik.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/5/7/e/1/57e1ec5bff01dc00/4527a99b-5784-421b-b348-b2343d_em40df.png)](https://downloads.intercomcdn.com/i/o/1166224166/804711c997578d97b71c1e27/Screenshot_4.png?expires=1759767300&signature=0a8c794fbfcd061d81b3b3da1a86f352924554fce6e3f8e8970df73718043946&req=dSEhEMt8mYBZX%2FMW1HO4zWKQ3CM6UXC8qPX62yF2WRs%2FBTGkSXB%2FgH8Gkr%2B6%0AWJPKApQMysfihTi%2FexE%3D%0A)

Həmin hissədə **İstifadəçi adı**, **Vəzifə**, **Əməkhaqqı**, **E-mail**, **Parol** (bu arxa panelə daxil olarkən qeyd olunan paroldur), **Pin** (terminala giriş üçün qeyd edilən 4 rəqəmli əməkdaş şifrəsidir), **Kart** (terminala giriş üçün istifadə edilən əməkdaşın kart kodudur), **Barkod** (terminala giriş üçün istifadə edilən barkoddur), **Mobil** məlumatları əks olunub. İstənilən məlumatı buradan dəyişdirə bilərsiniz. **E-mail** adresinizi sadəcə bizə müraciət edərək dəyişə bilərsiniz.  
​

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/e/d/5/b/ed5b2c8f25383800/33a7dfcf-f830-4137-9854-72fef7_1ut11uj.png)](https://downloads.intercomcdn.com/i/o/1166225771/b1febaaf632dec7a15322e6d/Screenshot_5.png?expires=1759767300&signature=4e6bd1ba94706ef7b3b9c67d4218dc15b06d9621c812a69e47a0c599f23604e0&req=dSEhEMt8mIZYWPMW1HO4zeW%2B%2F%2BuEiyYmLm3Y47%2FLit40kcOYkf15vNlMaC%2FV%0AHSQCRefbHkp4Dx6L1hE%3D%0A)

Əgər sistemə **owner** hesabı ilə daxil olmusunuzsa, bu zaman əməkdaşlara istənilən vəzifəni təyin etmək və ya dəyişikliklər edə bilərsiniz. Digər hesab adından daxil olduqda isə *(bütün xanalar üzrə giriş hüququnuz olsa)*, **owner** hesabından başqa bütün hesabları görəcəksiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/a/e/a/b/aeab940775abc000/11b63bcd-e5af-4d6d-8788-88ebff_biez5v.png)](https://downloads.intercomcdn.com/i/o/1166226478/7fafa601fef48c10b951e17c/image.png?expires=1759767300&signature=5e51303842ccea5b3326e386019b0b6fc0cf81d488ac20419ce4179f0f9cffdb&req=dSEhEMt8m4VYUfMW1HO4zZnk4u87%2Bf0ZkUZaEtufU5T%2FHUlLqBcZ2L8IcVb8%0AOrrcio%2Bq0P%2B%2Fl7VMa5k%3D%0A)

Sizin vəzifəniz managerdirsə, bu halda digər manager vəzifəli şəxsin vəzifəsini kassirə və ya qarsona çevirə bilməzsiniz. Bunu yalnız **owner** hesab sahibi edə bilər.