> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Hərəkət hesabatları

Məhsullarınız üzrə baş verən bütün əməliyyatları **İnventar → Hərəkət Hesabatları** bölməsindən izləmək mümkündür.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/d/7/5/0/d750c0e1d8246800/4d8ea133-0e8e-4d30-9887-3590fc_1h7blha.png)](https://storage.crisp.chat/users/helpdesk/website/-/d/7/5/0/d750c0e1d8246800/4d8ea133-0e8e-4d30-9887-3590fc_1h7blha.png)

* **Ad** - Məhsulun adı.
* **Vahid** - Məhsulun Say vahidi
* **Maya dəyəri -** Bir ədəd və ya bir kiloqramın maya dəyərini göstərir.
* **İlkin miqdar -** İnqredient yaradılarkən, faktiki olan miqdarı ilkin miqdar bölməsinə qeyd ediriksə, bu sütunda görünür.
* **Başlanğıc miqdarı -** tarix üzrə, anbar açılarkən anbarda olan miqdarı göstərir.
* **Tədarük**- Seçilən tarix aralığında ümumi tədarük miqdarını və son daxil edilən maya dəyərini göstərir.
* **Satılıb** - Seçilən tarix aralığında ümumi satış miqdarını və maya dəyərini göstərir.
* **Tullantı** - Seçilən tarix aralığında ümumi tullantı miqdarını və maya dəyərini göstərir.
* **Köçürmə** - Seçilən tarix aralığında ümumi köçürmə miqdarını və maya dəyərini göstərir.
* **İnventarlaşdırma dəyəri -** inventarlaşdırma edildikdən sonra yaranan fərq miqdarını və onun maya dəyərini göstərir.
* **Satışın geri qaytarılması -** Satış olunandan sonra, terminalda geri qaytarılma etdikdə miqdar və maya dəyərini göstərir.
* **Geri qaytarılan tədarük -** Tədarük edildikdən sonra həmin məhsulları tədarükçüyə qaytardığımız zaman geri qaytarılma miqdarına və maya dəyərinə buradan baxa bilərik.
* **İstehsalat** - Yarımfabrikat və texkartaları istehsal edərkən əldə edilən miqdar göstərilir.
* **İstehsalatda istifadə -** Yarımfabrikat və texkartaları istehsal edərkən tərkibindəki olan inqredient və yarımfabrikatın miqdarı ilə maya dəyəri göstərilir.
* **Son miqdar -** Hər hansısa məhsulun əvvəlki tarixlərdə anbarda nə qədər qaldığını göstərən bölmədir .

İstənilən sütunu aktiv və ya deaktiv etmək olar. Bunun üçün aşağıda göstərilən bölməyə daxil olmalısınız.

Həmçinin burda tarix aralığı da qeyd edə bilərsiniz. İstənilən tarix aralığını seçib, həmin tarix üzrə baş verən əməliyyatlara baxa bilərsiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/3/b/f/0/3bf01b9aca50d200/6b336608-6c18-4124-91df-300d1f_1g7evyp.jpg)](https://storage.crisp.chat/users/helpdesk/website/-/3/b/f/0/3bf01b9aca50d200/6b336608-6c18-4124-91df-300d1f_1g7evyp.jpg)