Məqalələr: Menyu
Bu məqalə də mövcuddur:

İnqrediyent


İnqrediyent - Anbar uçotunun aparılmasında əsas predmet olan, yarımfabrikatlar və tex.kartaların tərkibini formalaşdıran vasitədir.


İnqrediyent yaratmaq üçün, Menyu → İnqrediyent bölməsinə daxil oluruq. Burada YaratÇoxlu yarat buttonlarından istifadə edərək inqrediyentləri yarada bilərik.



Yarat düyməsini klikləyərkən, yaradacağınız sadəcə bir inqrediyentə aid bəzi funksiyalar tətbiq edə bilərsiniz. İnqrediyent yaradarkən ilk olaraq adını, kateqoriyasını (istəyə uyğun) və istifadə etdiyimiz ölçü vahidi təyin edirik.


Misal üçün bir inqrediyent yaradaq.



  • Ad - Məhsulun adını qeyd edirsiniz.
  • Barkod - Bu xanada hazır məhsulun barkodu qeyd olunur. Barkod hər bir məhsul üçün unikal olur və təkrarlana bilməz. Satış terminalına barkod oxuyucu qoşaraq məhsullarınızı barkodla da sata bilərsiniz. Bu hissəyə bir və ya bir neçə barkod təyin etmək mümkündür. Əgər mövcud barkodunuz varsa, onu daxil edə bilərsiniz. Əgər barkodunuz mövcud deyilsə, “Barkod yarat” düyməsindən istifadə edərək yeni barkod əlavə edə bilərsiniz. Yaradılan barkod yalnız bir dəfə yaradılır və təkrarlanmaz.
  • SKU - Məhsulun daxili unikal identifikasiya kodu (SKU), məhsulları sistemdə tez tapmaq, hesabatlarda və stok izləməsində fərqləndirmək üçün istifadə olunur. Məhsul yaradıldıqdan sonra belə, bu sahəni redaktə edərək SKU kodunu dəyişdirmək və ya silmək mümkündür. Bu, sistemin idarə edilməsini asanlaşdırır və məhsulun izlənməsi üçün daha dəqiq məlumatlar təmin edir.
  • Mühasibatlıq kateqoriyası - mühasibatlıq kateqoriyası yaratmısınızsa, həmin kateqoriyanı qeyd edə bilərsiniz.
  • Kateqoriya - kateqoriya yaratmısınızsa, həmin kateqoriyanı qeyd edə bilərsiniz. (Misal üçün "ağartı məhsulları" kateqoriyası. İnqrediyentləri kateqoriyaya əlavə etmək inventarlaşdırma zamanı işinizi asandlaşdıra bilər.)

Vahid - İnqrediyenti tex.kartanın və ya yarımfabrikatın tərkibinə qeyd edilərkən, hansı vahiddən istifadə edəcəksinizsə, həmin vahid yazılmalıdır. Çünki həmin vahid ilə həm tədarük edəcəksiniz həm də satış edəcəksiniz. (Misal üçün, limon inqrediyentini yaradarkən Ədəd ilə yaradılıbsa, deməli həm tədarük zamanı həm də satış zamanı hesabatlar Ədəd üzərindən etməlisiniz.)



  • Əsas vahidin çəkisi, kg - Ədəd ilə alınan inqrediyentlərin çəkisini görmək üçün istifadə edilir. (Misal üçün, bir ədəd limonun çəkisini bu hissəyə qeyd etdikdə, bu zaman məhsulu istifadə etdiyiniz yerlərdə (tex.karta və ya yarımfabrikat) qida miqdarını çəki olaraq görə bilərsiniz.)



Çoxlu yarat funksiyasından istifadə edərkən bir neçə inqrediyenti eyni anda yaratmaq şansınız olur. Bu zaman inqredientə yalnız adını, kateqoriyasını və vahidini qeyd edə bilərsiniz. Əlavə et düyməsi ilə yeni inqredient yaratmaq üçün boş xanalar əlavə etmək mümkündür.



  • Aşağı ehtiyyat - Bu hissədə qeyd edilən miqdar, anbar qalıqlarında tükənmək üzrə olan mal qalığına nəzarət etməyə imkan verir. (Misal üçün bu hissəyə 3 yazsaq, Ehtiyat bölməsində qalıq filterində aşağı ehtiyatı seçdikdə, bizim qeyd etdiyimiz miqdardan aşağı olan inqrediyentlər gələcək. )

Bildiriş - düyməsini aktiv etdiyiniz halda və Menecer proqramında "Minimum qalıq bildirişi" də aktiv olunubsa, anbardakı məhsul ehtiyatı azaldıqda bu barədə telefonunuza avtomatik olaraq bildiriş göndəriləcək.



  • Anbarda hesablamanı ləğv et - inqrediyent üçün bu funksiyanı aktiv etdikdə, anbar üzrə edilən heç bir prosesin (tədarük, inventarlaşdırma və s.) bu inqrediyentə təsiri olmur. (Misal üçün, duz inqrediyentinin hesablanması bir çox hallarda çətin olur. Bu zaman anbarda hesablamanı ləğv et funksiyasından istifadə edə bilərsiniz. )


💡"Anbarda hesablamanı ləğv et" düyməsi aktiv edildikdən sonra, bir daha deaktiv etmək mümkün deyildir. Bu funksiya aktiv edildiyi zaman anabarda olan miqdar sıfırlanacaqdır.


Bəzən yaratmaq istədiyiniz inqrediyent anbarınızda müəyyən miqdarda faktiki qalığı olur. Bunu sistemdə göstərmək üçün, birbaşa yaradılan zaman anbara əlavə edə bilərsiniz.


  • İlkin miqdar - burada qeyd edilən miqdar qədər anbarınızda ehtiyat kimi yaradılacaq.
  • İlkin ehtiyat qiyməti - burada qeyd edilən qiymət 1 vahidin (ədəd, kq, qr, l, m) maya dəyəri olacaq.
  • İlkin anbar - Bu hissədə isə, inqrediyentin hansı anbara əlavə ediləcəyini təyin edirsiniz.



  • Vahidlər - bu hissədə mövcud İnventar bölməsində olan yaradılmış qablaşdırmalardan seçərək əlavə edə bilərsiniz. Anbarda Tədarük, Transfer, Silinmə (Tullantı) edən zaman seçili vahidlərdən istifadə oluna bilər.


Qablaşdırma yaratmaqla bağlı geniş məlumatı Qablaşdırma sözünə klikləyərək əldə edə bilərsiniz.


İnqrediyentlərlə bağlı əməliyyatları etmək üçün, müvafiq bölümün üst menyusundakı filterlərdən istifadə edə bilərsiniz.



Hər hansı bir inqredientin nəyin tərkibində (tex.kartanın, yarımfabrikatın və ya modifikatorun) olduğunu görmək üçün, inqredientin üzərinə klikləməlisiniz. Bu zaman sağ tərəfdən pəncərə açılacaq. Buradan həmin inqredientin nəyin tərkibində və nə qədər istifadə olunduğunu görə biləcəksiniz.



İnqrediyent məlumatlarını dəyişə və ya silə bilərsiniz. Bunun üçün inqrediyentin üzərində siçanın sağ düyməsini klikləməlisiniz və ya inqrediyentin qarşısındakı üç nöqtəni vuraraq seçim etməlisiniz.



Yeniləndi: 03/12/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!