Şübhəli hərəkətlər
Şübhəli Hərəkətlərin Fərqləndirilməsi
Satış → Çeklər bölməsində şübhəli hərəkətlərin izlənməsi üçün aşağıdakı addımlara diqqət yetirilməlidir:
- Çekin ID-sinə diqqət yetirin: Şübhəli hərəkətlərə nəzarət etmək üçün ilk olaraq çekin ID-sinə baxılır.
- Sarı rənglə işarələnmiş çekləri izləyin: Əgər çek sarı rənglə işarələnibsə, bu, həmin çekin digər çeklərdən fərqləndiyini və orada şübhəli hərəkətin ola biləcəyini göstərir.
- Xəbərdarlıq ikonu olan çeklər: Əgər çekin qarşısında sarı nida ikonu varsa, bu çekdə şübhəli hərəkətlərin olduğunu göstərir.
Şübhəli Hərəkətlərin İdarə Edilməsi
Arxa paneldə şübhəli hərəkətləri aktiv və ya deaktiv etmək üçün aşağıdakı addımları izləyin:
- Arxa panelin əsas menyusundan Tənzimləmələr bölməsinə keçid edin.
- Tənzimləmələr daxilində Çeklər hissəsini açın.
- Çeklər bölməsindəki Hərəkətlər hissəsini tapın.
- Hərəkətləri şübhəli hərəkət kimi aktiv və ya deaktiv etmək üçün müvafiq seçimi edin.
- Dəyişikliklərin qüvvəyə minməsi üçün Saxla düyməsinə klik edin.
Şübhəli Hərəkətlərin Təhlili
Satış - Çeklər bölməsində şübhəli hərəkətləri izləmək üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz:
- Çekin ID-sinə klik edin: Satış - Çeklər bölməsindən şübhəli hərəkətləri izləmək istədiyiniz çekin ID-sinin üzərinə vuraraq həmin çekə daxil olun.
- Tarixçə hissəsinə baxın: Çekə daxil olduqdan sonra, Tarixçə hissəsinə keçin.
- Hərəkətləri izləyin: Tarixçə bölməsindəki hərəkətlərə nəzər yetirin. Əgər hərəkət sarı nida işarəsi ilə göstərilibsə, bu, həmin hərəkətin şübhəli olduğunu bildirir.
- Şübhəli hərəkətlərin sayını yoxlayın: Çekin sağ aşağı küncündə, həmin çekdə neçə ədəd şübhəli hərəkət olduğu qeyd olunub.
Şübhəli Hərəkətlərin Filtrlənməsi və İzlənməsi
- Filtr tətbiq edin:
- Əgər şübhəli hərəkətlərə əsaslanaraq filtr tətbiq edib baxmaq istəyirsinizsə, Statistikalar - Tarixçə bölməsinə daxil olun.
- Burada Hərəkətlər bölməsindən istədiyiniz hərəkəti seçə bilərsiniz.
- Şübhəli hərəkətləri birbaşa izləyin:
- Sadəcə şübhəli hərəkət olan çekləri izləmək üçün, səhifənin sağ yuxarı küncündə yerləşən Şübhəli hərəkətlər seçiminə klik edərək həmin çeklərə baxa bilərsiniz.
Yeniləndi: 21/10/2025
Təşəkkürlər!




