> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Etiket Meneceri

### Etiket Meneceri nədir?
Etiket Meneceri vasitəsilə sistemdə müxtəlif etiketlər yarada və onları fərqli rənglərlə fərqləndirə bilərsiniz. Yaradılan etiketləri həm məhsullara, həm yarımfabrikatlara, həm də inqrediyentlərə tətbiq etmək mümkündür. Bu, məhsulların qruplaşdırılmasını, kateqoriyalara ayrılmasını və müəyyən xüsusiyyətlərə görə idarə olunmasını xeyli asanlaşdırır.
Bundan əlavə, Etiket Meneceri sayəsində etiketlərə görə axtarış apararaq yalnız müəyyən etiketlə işarələnmiş məhsulları tez bir şəkildə siyahıda tapa bilərsiniz. Bu funksiya xüsusilə böyük menyuya malik olan müəssisələr üçün məhsul idarəçiliyini daha səmərəli edir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/screenshot1_utvdfg.png)

Həmçinin **toplu əməliyyatlar** funksiyasından istifadə edərək bu etiketləri məhsullara daha sürətli və rahat şəkildə tətbiq etmək mümkündür.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/screenshot2_1ukyxbl.png)
### Wolt etiketi ilə məhsulların ötürülməsi
“Wolt” etiketi yaradaraq Wolt-a əlavə edəcəyiniz məhsulları **Toplu əməliyyatlar** vasitəsilə sürətli şəkildə etiketləyə bilərsiniz. Daha sonra **Tətbiqlər → Wolt** bölməsinə keçid edib Wolt etiketini seçdiyiniz zaman, sistem uyğun məhsulların sayını göstərir.


![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/screenshot3_7i3f8j.png)
