> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Endirim funksiyası: Məhsul və ya çeklərə endirim əlavə etmək

POS sistemində endirim funksiyasını aktivləşdirmək sizə satış zamanı məhsullara endirim tətbiq etmək imkanı qazandıracaq. Bu funksionallıq ilə müxtəlif qiymət strategiyaları həyata keçirə və müştəri məmnuniyyətini artıra bilərsiniz.

# Endirim icazəsinin aktivləşdirilməsi

Clopos sistemində endirimlər tətbiq edə bilmək üçün ilk olaraq əməkdaşlara endirim icazəsi verməyiniz lazımdır:

1. **Arxa ofis idarəetmə paneli**nə daxil olun
2. "**Əməkdaş**" bölməsinə keçid edin
3. "**Vəzifələr**" səhifəsindən icazə vermək istədiyiniz vəzifənin sağındakı 3 nöqtədən "**Dəyişmək**"i klikləyin
4. Açılan pəncərənin ən son bölümündən "**Endirim**" icazəsini tapıb qarşışsındakı düyməni klikləyərək aktivləşdirin
5. "**Saxla**" düyməsi ilə dəyişiklikləri yadda saxlayın

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/1/1/e/a/11eaf47ba2548800/99239165-1fe2-41d7-afcd-0b6820_1wcl5xl.png)](https://downloads.intercomcdn.com/i/o/1166242562/54bf70a647f1d2ba0a24452a/Screenshot_3.png?expires=1759767300&signature=1919b3ac2dc80d4ebf96bbb75310e2a19cda91e0f4fc93a5092fbdd7cdd9daf2&req=dSEhEMt6n4RZW%2FMW1HO4zWpPY15BH1CrzdFM2x2YujbChEqBp89AToAOGP9S%0AYMnfmlOHD7xl4MLdXvo%3D%0A)

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/5/0/9/1/5091dacb54612400/d2fcffa1-b502-4bfe-81f1-b41658_1pqreih.png)](https://downloads.intercomcdn.com/i/o/1166243899/a3910033c97750da3e88371a/Screenshot_4.png?expires=1759767300&signature=3ed92c9f3b8e6b59a3a3db751bc267f8e9b284e44987e51e7b0c87e2e89fabd4&req=dSEhEMt6nolWUPMW1HO4zUDe5fAPoqX7hUWYAJsAU76tUar74ZeAvZPn4YVB%0AqR9namMjnDsElqXwnbw%3D%0A)

İcazəni aktivləşdirdikdən sonra icazəsi olan əməkdaşlar terminal sistemində istədikləri çek və ya məhsula endirim tətbiq edə biləcəklər.

# Çeklərə endirim tətbiq edilməsi

Əgər endirim funksiyasını aktivləşdirmisinizsə, terminal sistemindən bütün açıq çeklərə endirim tətbiq edə bilirsiniz.

1. POS terminaldan **"Yeni sifariş"** başladın və ya **mövcud açıq çek**lərdən birini seçin
2. Sifariş növünü seçib məhsulları çekə əlavə edin
3. Sol hissədəki **çek ikonu**na klikləyin
4. Endirimin **faizini və ya miqdarını** seçin
5. **"Tətbiq et"** düyməsini klikləyin

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/1/9/7419c9f610c1ec00/a50d5e54-6b3e-45a9-8f8f-f4814a_13mzi2d.png)](https://downloads.intercomcdn.com/i/o/943097241/294648b6ddc986fe64acc813/image.png?expires=1759767300&signature=4558ddb6178dad583dc9d526423556c42689c0a2a7033030064aad8b540ef59d&req=fSQkFsB5n4VeFb4f3HP0gKuiBSnK1aZLB3D0Zjz9R3HXEOcankCrA7uO9ElI%0Af%2F7j47xUXo1THoU9Nw%3D%3D%0A)

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/a/0/2/4/a024c994c4e10000/d7775ba0-a716-4c08-8eb6-d4e40b_64t52x.png)](https://downloads.intercomcdn.com/i/o/943097679/99245760f333f3555cf19ff8/image.png?expires=1759767300&signature=9cfa710f13f68688659a7ce2a72e486ea89a82927fe4e94c4d5323824165bd8a&req=fSQkFsB5m4ZWFb4f3HP0gEk0TV%2F75uiNoqtLsNSLOdSu6PcWAkPi5uj8Q50R%0A%2FkF8pSxHnHEyR%2BvjBw%3D%3D%0A)

**Endirimi silmək** və ya miqdara **dəyişiklik etmək** istəsəniz, yenidən çek ikonuna klikləyərək "**sil**" düyməsini seçə və ya yeni miqdar daxil edib "**tətbiq et"** düyməsini klikləyə bilərsiniz.

# Məhsula endirim tətbiq edilməsi

Bəzən çekdəki hər şeyə deyil, yalnız bir məhsula endirim tətbiq etmək lazım gəlir. Bunu etmək üçün aşağıdakı addımları izləməyiniz yetərlidir:

1. POS terminalda çekə daxil olun
2. Çekə vurulmuş məhsulun üzərinə klikləyin
3. Sol hissədəki **çek ikonu**na klikləyərək **endirim bölməsi**nə daxil olun
4. Endirim **faizi və ya miqdarını** qeyd edin
5. **“Tətbiq et”** düyməsini klikləyin

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/d/3/d/8/d3d8abb9b81f3000/873a9618-8799-449a-9d65-eb708b_1l4j1v6.png)](https://downloads.intercomcdn.com/i/o/943098119/4605da0900d9897815f61be4/image.png?expires=1759767300&signature=6e728ff5d7ae5b453936a5731de4674fdd70e73baf270caf40969a5272d43a58&req=fSQkFsB2nIBWFb4f3HP0gF3mtND6itKrGS%2FmJZ%2F%2Bo72%2Bab%2BphXyGvyD2j8Dw%0AY904s2RJBvqUSJH5Cw%3D%3D%0A)

Məhsula tətbiq edilmiş endirimi silmək üçün eyni qaydada məhsula daxil olub, endirim bölməsindən “**Sil**” düyməsini seçməyiniz yetərli olacaq.

# Bəzi məhsullarda endirim funksiyasının qadağa edilməsi

Sistemdə olan məhsullara endirim funksiyasının tətbiq edilib-edilə bilməyəcəyini qərarlaşadıra bilərsiniz.

## Bir məhsul üçün endirim funksiyasının söndürülməsi

Menyudakı bir məhsula endirim tətbiq edilə bilməsini istəmirsinizsə, bu addımları izləyin:

1. **Arxa ofis idarəetmə paneli**nə daxil olun
2. **"Menyu"** hissəsindən "**Məhsullar"** bölməsinə keçid edin
3. İstədiyiniz məhsulu seçib dəyiş düyməsinə klikləyirik
4. Açılan pəncərədən “**Endirimi qadağan et”** düyməsini aktivləşdirərək endirim funksiyasını bu məhsul üçün deaktivləşdirin

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/8/c/1/8/8c18cadceeac4800/0219de21-2110-4241-84f9-4bae94_1lwckdx.png)](https://downloads.intercomcdn.com/i/o/943099594/d8a3e92a7925f66a953f16e1/image.png?expires=1759767300&signature=972b98a1aeecd2dbd8c197e3c05f45b9865f766d7f27a3177abe987cf7f60478&req=fSQkFsB3mIhbFb4f3HP0gIiuCLicDwRuQ%2BtUCNdihIniahl9UYhIy4L0XX2n%0AnpBskDn8B0kXkirpSg%3D%3D%0A)

## Birdən çox məhsul üçün endirim funksiyasının söndürülməsi

Əgər endirim funksiyasını birdən çox məhsul üçün söndürmək istəsəniz, bunu 1-1 etməyinizə gərək yoxdur. Sadəcə olaraq bu addımları izləyin:

1. **Arxa ofis idarəetmə paneli**nə daxil olun
2. Menyu hissəsindən “**Məhsullar”** bölməsinə keçid edin
3. **“Toplu seçim”** düyməsini kliklədikdən sonra məhsulları seçin
4. İstədiyiniz məhsulların hamısını seçdikdən sonra “**Dəyiş**” düyməsini klikləyin
5. Açılan pəncərədən ”**Endirimə icazə verilsin?”** sualına "**Xeyr**" seçsəniz, endirim funksiyasını bu məhsullar üçün deaktivləşdirmiş olacaqsınız.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/f/3/b/6/f3b6861d5540e800/b2288ebd-49bf-4f5f-983f-4a2e7d_4jg0zx.png)](https://downloads.intercomcdn.com/i/o/943100616/ced17d28ae12e1b3bb89b7bc/image.png?expires=1759767300&signature=580c084ad77d52a7da334229df7b4b9e0beb6941d4b4c6d899ae785dd8f02dda&req=fSQkF8l%2Bm4BZFb4f3HP0gFtp90GvCHPZHcv9LPXRpoqEI8x8pYZsW%2BAZJ9qp%0AKPH3u6zmjYchX12P2w%3D%3D%0A)

[![](https://downloads.intercomcdn.com/i/o/943101871/244e0e7add61e6905ff461e7/image.png?expires=1759767300&signature=a784c301299806765f3970b2ce558a7a043a3e4f436fa699fb3e5a48f373d6d2&req=fSQkF8l%2FlYZeFb4f3HP0gO3mZYYVXiYWkbdlWRyYgCOxrsPn%2FRW4HJZMTWF0%0AuVMNO9QcmQtn5pJ6JA%3D%3D%0A)](https://downloads.intercomcdn.com/i/o/943101871/244e0e7add61e6905ff461e7/image.png?expires=1759767300&signature=a784c301299806765f3970b2ce558a7a043a3e4f436fa699fb3e5a48f373d6d2&req=fSQkF8l%2FlYZeFb4f3HP0gO3mZYYVXiYWkbdlWRyYgCOxrsPn%2FRW4HJZMTWF0%0AuVMNO9QcmQtn5pJ6JA%3D%3D%0A)
