> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Əməkdaş kartının əlavə olunması

### Clopos Sistemə Giriş üçün Əməkdaş Kartının Əlavə Edilməsi Prosesi

* Kartı istifadə edəcəyiniz terminaldan arxa panelə daxil olun.
* **Əməkdaş → İstifadəçilər** bölməsinə keçid edin.
* Sistemə əlavə etmək istədiyiniz istifadəçini siyahıdan seçin və üzərində sağ klikləyin.
* Açılan menyudan **Dəyişmək** seçimindən istifadə edin.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/8/d/a/9/8da9d57709095000/6e40ae4f-dfe1-479e-8610-f5c498_1wuhyf5.png)

* Kart sahəsinə maus göstəricisini gətirib klikləyin.
* Kartı terminalın kart oxuyucusuna toxundurun və ya sürüşdürün.(bu, kartın növündən asılıdır)
* **Saxla** düyməsini vuraraq kart məlumatlarının sistemdə saxlanılmasını təmin edin.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/9/8/8/f/988f09746003480/3f0c3582-63d6-49e9-a0cd-89ea08_1oy9jk0.png)

Əməkdaş kartını admin parolu kimi təyin etmək mümkündür. Bunun üçün arxa paneldə **Tənzimləmələr → Terminal** bölməsinə daxil olun və **Parol tələb edilən fəaliyyətlər** pəncərəsini açın. Daha sonra **Admin parol** hissəsinə toxunun və kartınızı ya toxundurun, ya da sürüşdürün (bu, kartın növündən asılıdır). Bu addımı tamamladıqdan sonra əməkdaş kartınız admin parolu kimi qeyd olunacaq və bütün müvafiq əməliyyatlarda istifadə edilə biləcək

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/2/e/8/1/2e81d9b7b5c83400/d2576d29-8c5b-4c79-9f43-d76d35_1mfiwh.png)