> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Əlavə xidmət haqqının tərtib edilməsi

## **Əlavə xidmət haqqı faizləri necə istifadə edilir?**
Clopos sistemində [xidmət haqqının](https://az.help.clopos.com/az/article/xidmet-haqqi-faizini-elave-etmek-7sfk73/) əlavə edilməsi və tətbiqi funksiyası ilə artıq tanışsınız. Lakin bəzi hallarda eyni xidmət formatı üçün fərqli **xidmət haqqı faizlərinə** ehtiyac yarana bilər. Məsələn, banket, servis, xüsusi tədbir və ya fərqli xidmət növləri üçün müxtəlif faizlər tətbiq etmək tələb oluna bilər.
Bu ehtiyacı nəzərə alaraq hazırlanmış **“Əlavə xidmət haqqı faizləri”** funksiyası vasitəsilə terminal üzərindən əvvəlcədən təyin edilmiş bir neçə xidmət haqqı faizindən istənilən birini seçmək mümkündür. Bu yanaşma xidmət haqqının tətbiqini daha **rahat, çevik və praktik** şəkildə idarə etməyə imkan verir.
Əlavə xidmət haqqını terminalda istifadə edə bilmək üçün ilk olaraq həmin faiz dəyərlərinin sistemdə təyin edilməsi lazımdır.
Bunun üçün:
**Arxa panel → Tənzimləmələr → Terminal → Xidmət haqqının hesablanması** bölməsinə daxil olursunuz və burada əlavə xidmət haqqı faiz dəyərlərini seçirsiniz (məsələn: **4%, 10%, 15%**).
Bu addımlardan sonra seçilmiş xidmət haqqı faizləri terminalda aktiv olacaq və ehtiyacınıza uyğun olaraq istifadə edilə biləcək.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/google-chrome-2026-01-20-16252_1iymit0.png)
* Seçdiyimiz xidmət haqqı faizləri, terminalda seçilə bilən variantlar kimi görünəcək. 
* Satış zamanı əməkdaşınız uyğun xidmət haqqı faizini seçərək tətbiq edə biləcək 

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/resim2_l6as2o.png)

 
|| 💡  Bu funksiyanın terminalda görünməsi və istifadəsi üçün istifadəçi vəzifəsində “Qəbzdə xidmət haqqını dəyişdirin” [icazəsi](https://az.help.clopos.com/az/article/vezifelere-elave-ve-deyisiklikler-etmek-r5yaf6/) aktiv olmalıdır.  

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/resim3_1n5rg86.png)

