> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Ehtiyat

#### Ehtiyat Bölməsi: Məhsulların İzlənməsi və İdarə Edilməsi

**Ehtiyat bölməsi**, hal-hazırda anbarınızdakı məhsulların vəziyyətini izləmək və idarə etmək üçün vacib bir alətdir. Bu bölmədə məhsulun **ID kodu**, **adı**, **anbardakı miqdarı**, **cəm dəyəri** (anbardakı məhsulun ümumi maya dəyəri), **ortalama dəyəri** (cəm dəyər / miqdar), **tipi**, **kateqoriyası**, hansı **anbarlarda** mövcud olduğu və həmin anbarların aktivlik vəziyyəti haqqında məlumatlar əldə edə bilərsiniz.

Məhsulların sıralanması üçün **Miqdar**, **Cəm Dəyər**, **Tip** və **Kateqoriya** sözlərinin yanında olan **ox işarələri** ilə azdan-çoxa, a-dan-z-yə və ya əksinə sıralama edə bilərsiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/4/b/a/e/4baed09ed0253400/60d3a5ab-5ab1-4391-836a-a49650_ulsrst.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1704539092/f1664ddc0ed895ef09ecda3f631f/Screenshot_2.png?expires=1759767300&signature=83887a91a4e765c3ddd462cf58cf34fd9e1ef36c9f1bfa879cf350459950fc2f&req=dScnEsx9lIFWW%2FMW1HO4zZujH95QkDHPfUUnlZdLQmTsyMaJEs4emHIddm%2FG%0A%2FCiLZU%2FBPhFFCowPBsQ%3D%0A)

#### Məhsula Ətraflı Baxış:

Məsələn, **Cola** məhsuluna baxmaq istəyirsinizsə, **Cola** sözünün üzərinə bir dəfə vurun. Bu zaman yeni bir pəncərə açılacaq və burada həmin məhsul haqqında ətraflı məlumat əldə edə biləcəksiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/e/b/8/7/eb87c82463062000/c42c9be6-29d5-4cca-993e-4151bf_4c9ztd.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1704561196/27d29321bd064e9bbec33e954229/Screenshot_4.png?expires=1759767300&signature=469c55f607a21ff46ccd375e69222e492761ee8d2fd82441c44e53c60cf85bca&req=dScnEsx4nIBWX%2FMW1HO4zci9VJKV88fCsW3AZmqObIBhs1k4oi56uQbsQlyI%0A%2FVLWvh7t6d0O7rX%2FjQM%3D%0A)

Bu zaman kənardan belə bir pəncərə açılır və siz buradan həmin məhsul haqqında ətraflı məlumat əldə edə bilərsiniz. **Ümumi** bölməsində hansı anbarda bu məhsullardan neçə ədəd olduğunu görürük.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/8/0/4/f/804f58ee476ab800/0faad4e8-62b5-4f04-a6ed-9ae945_2rufvw.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1704567786/140fa87df8346a99c18e1eea69bd/Screenshot_6.png?expires=1759767300&signature=fdea5f0caba1995de0f71e16f0def6e8f4644e0c00e7400c589b58bd52b31561&req=dScnEsx4moZXX%2FMW1HO4zSas95ggLloEtBPhJ8vvgYrx0pjt9tH1ptpeAuDk%0ALsX6l%2BCheKE3qApsGAI%3D%0A)

**Tarixçə** adlı hissədə məhsulların günlər üzrə anbarda başlanğıc miqdarını göstərir.

Məsələn: **Cola (0.33)** məhsuluna nəzər yetirək. Tarixçə bölümündə Sentyabr ayının 5 - 12 tarix aralığında məhsul anbarda hansı miqdar ilə başlayıbsa onu göstərir. Bu məhsul üzrə satış, tədarük olmadığı üçün anbarda qalıq sayı dəyişməz olaraq "-2" ədəd görsədir.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/9/c/3/6/9c368b6f3717d000/f11fd606-9289-45ca-96b8-212b6d_xu0c77.jpg)](https://downloads.intercomcdn.com/i/o/1178277406/8ec2eb96e07d4460499ea0db/Screenshot_34.jpg?expires=1759767300&signature=c5e3adcb7c1ea3547a726731b2f22d496371fa8b4b301f054e766cb6b9e7754a&req=dSEgHst5moVfX%2FMW1HO4zaNswUyW26y0aP1AfJofxu%2FHt2FglHA9pQ3zjm06%0AobQFvFWUjk3oPL4j%2FFk%3D%0A)

**Ətraflı** hissəsində məhsulun satışı, tədarükü, köçürülməsi, inventarlaşdırılmasından yaranan partiyalarını görə bilərsiniz. Həmçinin işarələnmiş **id kod**un üzərinə klikləyərək, həmin tədarükə, köçürülməyə ətraflı baxa bilərsiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/a/2/3/7a2395607cb31000/4252e21c-a96d-470c-86a1-6a065f_12heb2z.jpg)](https://downloads.intercomcdn.com/i/o/1178282054/1911d0e18864ae8f280697fb/Screenshot_35.jpg?expires=1759767300&signature=1271565c203590de451d5372bb5b38822401e64cd22db5ccf7c8388d7d44847e&req=dSEgHst2n4FaXfMW1HO4zVWmJmhFjxwmx4waMpHihQPOEjFsZV9Vt5R4FUzb%0ASxE3Kg9w2Hs9dY96ypU%3D%0A)

İşarələnmiş hissədən məhsulun adı, məhsul növü, kateqoriya, Mühasibatlıq kateqoriyası, miqdar filtri və anbar üzrə məhsulları və s. filtrləyib tapa bilərsiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/1/e/9/3/1e93a089f15ee600/93218000-78fa-4d92-baca-5a5d44_100x0fw.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1707246670/06d087097b4e3e402a89fd3cf10b/Screenshot_6.png?expires=1759767300&signature=ff37c64e898ac6609dfbdf472fc1e8c02885a462be3963070e5788e8cf03e274&req=dScnEct6m4dYWfMW1HO4zZjPOo7yieqQQ5JqxF4GdKTzDIrqnA2RE2rW1sLX%0AUFJIj1B3kka0wTi6Nbs%3D%0A)

#### Miqdar filtrində 4 seçim ilə qarşılaşırıq:

* ***Aşağı ehtiyat***- **Məhsula** ( İnqrediyent, Hazır məhsul,Yarımfabrikat, Texniki karta ) **Dəyişmək** düyməsini klik etdiyimiz zaman, məhsul məlumatlarını dəyişə biləcəyimiz bir bölmə açılır. Burada **aşağı ehtiyat** miqdarı da qeyd edilir. Bu miqdar, məhsulumuzun **aşağı ehtiyatı** olaraq qəbul edilir. Əgər anbardakı məhsulun miqdarı yazdığımız miqdar qədər və ya ondan aşağıdırsa, həmin məhsulun qarşısında **qırmızı üzüaşağı ox** işarəsi görünəcək.

Miqdar filtrində **aşağı ehtiyat** seçimini etdiyiniz zaman, **0 və 0-dan aşağı olan** məhsullar və əgər **aşağı ehtiyat** miqdarı yazmısınızsa, yazdığınız miqdar və ondan aşağı olan məhsulların siyahısını görəcəksiniz. Bu, sizə ehtiyatda olan azalan məhsulları asanlıqla izləməyə imkan verir.
* ***Mənfi Ehtiyat*** – Anbarda **mənfi ehtiyat** olan məhsulların izlənməsi üçün nəzərdə tutulmuş filtrdir.

* ***Sıfır Ehtiyat*** – **0 ehtiyatı** olan məhsulları tapmaq və onların vəziyyətini izləmək üçün istifadə olunur.

* ***Müsbət Ehtiyat*** – **0-dan yuxarı** olan ehtiyatlara sahib məhsulların izlənməsini təmin edən filtrdir.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/8/f/3/9/8f39afe3547db00/1a56618f-a5e6-460f-898b-610488_1dij7fn.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1704814559/90039ca84f6f163b6e1c31ad4bfa/Screenshot_3.png?expires=1759767300&signature=48431e4c797d551000f0b09dc9241dc4b0eaebf82788c1f8037363ebbba395f1&req=dScnEsF%2FmYRaUPMW1HO4zf7O%2F59ZBG7KYX2W4KlaJRrZapzqBfdRz%2BtVwFcp%0AiWif%2FWLszl58d0Sxa5Y%3D%0A)

Bu hissədə isə, Hal hazırda abarınızda olan məhulların **Cəm dəyərini** (ümumi maya dəyərini) görürsünuz.  
​

[![](https://downloads.intercomcdn.com/i/o/1178298452/b806cb7efa6c59949984afff/Screenshot_37.jpg?expires=1759767300&signature=810639772c052484de7f5a637ce167b51d5663c61ace70d2aff742979c8534db&req=dSEgHst3lYVaW%2FMW1HO4zXUf1vFr2ju%2BAtb0D1EBr7yrqTnsLDjA4%2BDaDKxP%0AhgyUFGkS1jsxFUkTfh0%3D%0A)](https://downloads.intercomcdn.com/i/o/1178298452/b806cb7efa6c59949984afff/Screenshot_37.jpg?expires=1759767300&signature=810639772c052484de7f5a637ce167b51d5663c61ace70d2aff742979c8534db&req=dSEgHst3lYVaW%2FMW1HO4zXUf1vFr2ju%2BAtb0D1EBr7yrqTnsLDjA4%2BDaDKxP%0AhgyUFGkS1jsxFUkTfh0%3D%0A)
