> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# 🖥️ E-Kassa Xətaları və Onların Həlli

###### E-kassa istifadə zamanı müxtəlif xətalarla qarşılaşa bilərsiniz. Bu problemləri həll etmək üçün addım-addım yoxlamalar aparmaq vacibdir. Aşağıda e-kassa xətası zamanı nə edilməli olduğunu sadə dildə izah edirik.

### 🟢 Əsas Yoxlama: Ping Atmaq 
Ən birinci yoxlanmalı məsələ e-kassanın şəbəkəyə qoşulub-olmadığını yoxlamaqdır. Bunun üçün terminaldan **ping** atın. Ping davamlı olaraq (**-t** parametri ilə) göndərilsə, problemi həll edəndə dərhal xəbəriniz olacaq.

### 1️⃣ Ping Getmirsə Ediləcək İşlər ❌

Əgər ping göndərsəniz də cavab gəlmirsə:

1. **Cihazları yenidən başladın 🔄:** Router, modem və e-kassanı söndürüb yenidən açın.
2. **Şəbəkə uyğunluğunu yoxlayın 📶:** Terminal və e-kassa mütləq eyni şəbəkəyə qoşulmalıdır (Wi-Fi və ya LAN).
3. **Mobil telefonla yoxlayın 📱:** Eyni şəbəkəyə qoşulub telefonun IP-sinə ping atın. Əgər telefon işləyirsə, amma e-kassa yoxdursa, bu, e-kassanı şəbəkə kartında problem olduğunu göstərir. Bu halda, e-kassa şirkətinə müraciət etmək lazımdır.
4. **E-kassanın IP-sini yoxlayın 🌐:** IP dəyişibsə, ya rezerv olunmayıb, ya da static olaraq təyin edilməyib. Arxa paneldə qeyd olunan IP **static** olaraq təyin olunmalıdır ki, dəyişiklik olmasın.
5. **IP rejimini yoxlayın ⚙️:** E-kassa statik (Static) və ya dinamik (DHCP) rejimində işləyir. Statik IP təyin edildikdə ping cavab verməyə bilər, DHCP rejimində isə işləyə bilər.
6. **IP aralığını yoxlayın 🔢:** Statik IP problemi varsa, təyin olunan IP aralığını dəyişmək lazımdır. Aşağı IP-də problem varsa, yuxarı IP, yuxarı IP-də problem varsa, aşağı IP seçin.

### 2️⃣Ping Gedirsə Ediləcək İşlər ✅
Əgər ping uğurla gedirsə:
1. **E-kassa xətalarını yoxlayın 🔍:** “Yoxla” düyməsini basaraq qarşılaşdığınız xətanın e-kassa xətaları siyahısında olub-olmadığını yoxlayın.
2. **IP toqquşmasını yoxlayın ⚠️:** E-kassanın şəbəkəsini söndürün. Əgər ping hələ də gedirsə, IP toqquşması baş verib deməkdir.
3. **Porta ping gedir mi 🔌:** Bunun üçün e-kassanızın tipinə görə xüsusi yoxlamalar tələb olunur:

* **Omnitech:** API V2 açıq olmalıdır.
* **Azsmart:** SmartOne proqramı açıq olmalı və Fiskal printer rejimi aktiv olmalıdır (**3 xətt → Ayarlar → Rejimlər → Fiskal printer**).
* **Caspos:** Inteqrasiya səhifəsi açıq olmalı və inteqrasiya servisi işə salınmalıdır.
* **NBA:** Cihazda sadəcə Fiskal servis olmalıdır. Cihazı söndürüb-yandırdıqda Token ilə bildiriş gəlir və qəbul edilməlidir.
* **OneClick**: E-kassam proqramı açıq olmalı və Kassa bölməsinin altında yerləşən API-yə daxil olmalısınız. Bu daima açıq qalmalıdır.

4. **Növbəni yoxlayın ⏱️:** Növbə bağlıdırsa, çek göndərərkən xətalar yaranır. Növbə açıq olmalıdır, xüsusilə 24 saatdan uzun müddət üçün.
5. **X hesabatı yoxlayın 📊:** Hesabat düzgün yaradılıb-olmadığını yoxlayın.
