> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Clopos terminal şifrəsi

Clopos terminal şifrəsinə baxmaq üçün arxa panelə daxil olub **Cihazlar** → **Terminallar** bölməsinə daxil oluruq.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/2/1/0/1/210127d2cfba9a00/e9e1e7ec-6a77-4b2b-b1b7-15b401_u7onsd.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1365100398/5cbab195466423bb505c95481594/Google+Chrome+2025-02-04+22_08_44.png?expires=1759767300&signature=6c3043d8e216e074b5aed67ce23b3220e80fac51be147d5066855c9f338f04ee&req=dSMhE8h%2BnYJWUfMW1HO4zeTCCZhor49pDxDDk3UI4wUS9WwELuISgJA14ol0%0ATOkm%2FzbmK0tU%2BC8Ev9M%3D%0A)

Daxil olduqdan sonra sistemimizdə mövcud olan terminalların siyahısını görə bilərik. Şifrə sütunundan müvafiq terminalın şifrəsinə baxa bilərik. Terminalda dəyişiklik etmək və ya həmin terminalda mövcud olan sessiyaya son vermək üçün sağ hissədə yerləşən **Dəyişmək** düyməsindən istifadə edirik.

|| 💡 Qeyd edək ki, terminal şifrələri yalnız bir cihaz üçün nəzərdə tutulub. Eyni şifrə ilə başqa bir cihazdan daxil olduqda, xəta ilə qarşılaşacaqsınız. Bu halda, əvvəlki terminaldan və ya arxa panel vasitəsi ilə terminaldan [çıxış](https://az.help.clopos.com/az/article/terminaldan-cixis-etmek-huwrwg/) etməlisiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/4/e/7/1/4e71003e9a10dc00/abeb2e53-32f5-4c90-90a8-0e255d_oxlr7o.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1359311928/5ed58b71c782910b2e87277fd575/Google+Chrome+2025-01-31+12_45_29.png?expires=1759767300&signature=3b0ef6cd283cf4d58a4cf8bebdb649d3420248da7831093f068f79dcb04def82&req=dSMiH8p%2FnIhdUfMW1HO4zXslrLbWAfiNFZW2mrHuA0%2FfUQVwjNKx0%2Fpkqf1N%0AXM2JBAzzlEirajpQi3k%3D%0A)

**Dəyişmək** düyməsinə klik etdikdən sonra açılan səhifədə məlumatları redaktə edə bilərsiniz.Bu hissədən eyni zamanda terminalda görünməsi üçün terminal şəkli də təyin edə bilərsiniz.

Bildiriş qəbulu aktivliyi terminala bildirişin gəlməsinə təsir edir. Aktiv olduğu halda QR Menyu , Wolt və.s kimi modullardan bildiriş qeyd olunan terminalda əks olunacaq.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/4/5/4/e/454eda750c008400/27f8e1e5-d95b-4289-811a-993744_106tw3x.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1359313428/e1da3909ed452768adbb5690c2a9/Google+Chrome+2025-01-31+12_46_51.png?expires=1759767300&signature=8a842291a97746e842e4968e7cd4b57c494056b54a493d68e8808e3ac4140c6b&req=dSMiH8p%2FnoVdUfMW1HO4zX7DCWSxy5j33h7jwEH4inGX%2B5PangAmGaqXXUFa%0ACuqRtqOfARaHr%2FlFeiE%3D%0A)

Terminal üzrə **satış üsulu** və satış zalını da seçmək mümkündür. Misal üçün, aşağıdakı terminal kodunu terasda olan terminala yazmısınız və o terminaldan yalnız terasdakı sifarişlər vurulacaq. Satış üsulu bölməsində yerində satış tipini qeyd edirsiniz. Yerində seçdiyiniz halda zallar xanası aktiv olacaq. Bu terminalda hansı zalın görünməyini istəyirsinizsə, onu işarələyirsiniz. Satış tipi olaraq yalnız yerində deyil, çatdırılma, takeaway də seçə bilərsiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/5/b/e/c/5bec6cf12a874000/46a7f6ff-4c81-44ed-bca1-e6615a_qqv134.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1365175912/e00e977c0fede02db775a4400f70/Google+Chrome+2025-02-04+22_59_40.png?expires=1759767300&signature=8fd16ba8b1c47846b01bbff6690879dec816ffeb0505657738028300d4f7b120&req=dSMhE8h5mIheW%2FMW1HO4zZhaOB6rAGDH2spPtpIFaCvIyV4jeLU393q%2Fp1xU%0AP3k8YYOCmmNJFAj%2BETs%3D%0A)
