> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Clopos tablet necə sazlanılır?


## Tablet modu nədir və nə üçün lazımdır?
Clopos **Tablet Menu** rejimi müştərilərin masada planşet vasitəsilə menyunuza baxmasına və sifarişlərini müstəqil şəkildə yerləşdirməsinə imkan verən funksiyadır. Bu rejim sayəsində qarsonun sifariş qəbulu üçün masaya gəlmə ehtiyacı azalır, müştəri gözləmə müddəti qısalır və iş prosesi daha operativ aparılır. Eyni zamanda müştərilər menyudakı məhsullara, şəkillərinə və təsvirlərinə rahat şəkildə baxaraq daha informativ qərar verə bilirlər.

## 1. Clopos Tablet Menu tətbiqinin yüklənməsi
İlk növbədə **Clopos Tablet Menu** tətbiqini planşetinizə yükləmək lazımdır. Tətbiq yalnız Android əməliyyat sistemində dəstəklənir.
Yükləmək üçün planşetinizin **Google Play Store** tətbiqini açın və axtarış sətrinə **"Clopos Tablet Menu"** yazaraq tətbiqi tapın və ya birbaşa aşağıdakı linkə daxil olun:
[https://play.google.com/store/apps/details?id=clopos.qr.menu.qr_menu_flutter](https://play.google.com/store/apps/details?id=clopos.qr.menu.qr_menu_flutter)
**Yüklə** düyməsinə klikləyərək tətbiqi planşetə endirin və quraşdırın.

|| 💡 Tətbiqin düzgün işləməsi üçün planşetin internetə qoşulu olduğundan və Android versiyasının ən azı minimum tələblərə uyğun olduğundan əmin olun.
## 2. Tətbiqin açılması
Tətbiq yüklənib quraşdırıldıqdan sonra, planşetin ana ekranında və ya tətbiqlər siyahısında görünən **Clopos Tablet Menu** ikonasına toxunaraq tətbiqi açın.
İlk açılışda sizdən restoranın unikal linkini daxil etməyiniz tələb ediləcək.
## 3. Brend linkinin daxil edilməsi
Açılan **Welcome** ekranında **Link** sahəsinə restoranınızın brend linkini daxil edin. Bu link restoranınızın Clopos QR menyu ünvanıdır və adətən **brendadınız.clopos.menu** formatındadır **(məsələn: oktay.clopos.menu)**. 
Linki daxil etdikdən sonra **Continue** düyməsinə klikləyin.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/1_xk6rmi.png =1059xauto)

|| 💡  Link sahəsinin önündəki **https://** hissəsi avtomatik əlavə olunur. Sizin yalnız linkin ikinci hissəsini daxil etməyiniz kifayətdir **(məsələn: oktay.clopos.menu — tam olaraq, https://-siz)**.
## 4. PIN kodun təyin edilməsi
**Continue** düyməsinə kliklədikdən sonra **Enter your PIN** ekranı açılacaq. Bu mərhələdə **4 rəqəmli PIN kod** təyin etməlisiniz.
PIN kod aşağıdakı məqsədlər üçün istifadə olunur:
* Tətbiqin kilidlənməsi və icazəsiz giriş edilməsinin qarşısının alınması
* Tətbiqdən çıxış zamanı təsdiq olaraq tələb olunması
* Müştərilərin səhvən tətbiqdən çıxmasının və ya ayarlara müdaxilə etməsinin qarşısının alınması
Özünüz üçün yadda saxlaya biləcəyiniz 4 rəqəmli PIN kodu daxil edin və **Continue** düyməsinə klikləyin.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/2_18mxn7i.png =995xauto)
||| 💡 **Tövsiyə:** Ümumi olaraq asan təxmin edilən kombinasiyalardan **(1234, 0000, 1111)** qaçının. PIN kodu məsul əməkdaşla paylaşın və restoran kollektivinin rahat yadda saxlaya biləcəyi bir kombinasiya seçin.
## 5. QR menyunun aktivləşdirilməsi
PIN kod təyin edildikdən sonra tətbiq restoranınızın əsas QR menyusunu yükləyir və istifadəyə hazır vəziyyətə gətirir. Ekranda restoranın adı, loqosu, xidmət növləri **(Takeaway, Çatdırılma)** və əsas menyu bölmələri — **Menyu**, **Bəxşiş**, **Dəyərləndirmə** — görünəcək. Ekranın aşağı hissəsində isə restoranın ünvanı və xəritə üzərində yerləşdiyi nöqtə əks olunur.Artıq müştəriləriniz planşet üzərindən menyuda mövcud olan məhsullara baxa, onları səbətə əlavə edə və sifarişlərini rahat şəkildə verə bilərlər. Bu funksiya həm müştəri məmnuniyyətini artırır, həm də iş prosesinin daha operativ aparılmasına imkan yaradır.
## 6. Tətbiqdən çıxış
Tətbiqdən çıxış etmək lazım gələrsə **(məsələn, tətbiqi başqa filialda istifadə etmək və ya linki dəyişmək üçün)**, aşağıdakı addımları izləyin.
Əsas menyu ekranının aşağı sağ küncündə yerləşən **dişli çarx (Settings)** işarəsinə toxunun.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/3_ok69p2.png =956xauto)

Açılan **A**yarlar səhifəsində **Çıxış ** düyməsini seçin. Sistem sizdən təyin etdiyiniz **4 rəqəmli PIN kodu** daxil etməyi tələb edəcək.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/14_18zicif.png =939xauto)

