> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Çekə kuryer əlavə etmək

Çekə kuryer əlavə etmək funksiyasının tətbiqi zamanı həmin şəxsin Satışlarına, çek sayına və satdığı məhsul dövriyyəsinə baxmaq mümkündür. Bunun üçün **Arxa panel → Əmədaş→ Vəzifələr→ +Yarat** düyməsini klikləyirik.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/5/0/6/b/506b6f1d86db5400/9fe2e086-d1cf-48f2-a515-b15464_u3a7oh.png)](https://downloads.intercomcdn.com/i/o/1166203832/d5c036f4220ef2b973a30e85/Screenshot_1.png?expires=1759767300&signature=93aa2bafd1af98896993ea776116b2827a068d0030464099da0f36410ffd07ca&req=dSEhEMt%2BnolcW%2FMW1HO4zdX2Tvxoe2nyn8lzmMmkryahzBifPcQuwvant8na%0AL83F%2BrDqabnkzyq4FEs%3D%0A)

Kuryer istifadəçi növü üçün vəzifə yaratdığınız zaman, əlavə olaraq vəzifə təyin etməyə ehtiyac yoxdur – sadəcə istifadəçi növünü seçmək kifayətdir.

Öncədən yaradılmış hər hansı bir vəzifənin qarşısındakı üç nöqtəni vurub **Dəyişmək** düyməsini klikləyərək, var olan bir vəzifəyə də kuryer funksiyasını aktiv edə bilərsiniz.

Daha sonra **Arxa panel → İcazələr → Əməkdaş → + Yarat** vuraraq, Kuryer vəzifəsində çalışan əməkdaşın hesabını yaradırıq.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/3/3/e/2/33e25f4f2ff36000/f509d1f2-30fd-44a8-9a24-b3514b_m7bzdh.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1482263823/51440e9ceab274d72598b04aac98/Screenshot_6.png?expires=1759767300&signature=0d46cf3f3c64666bc628b951ab914c4eb8efefff423ee1830ff5cc83770afda9&req=dSQvFMt4noldWvMW1HO4zW4nEUNUQwDk2Wjgo1BxijtXz63pZkPwCs9WsLRG%0AJLiX8RcmtpycXsr3SDw%3D%0A)

**İstifadəçi adı** və **vəzifəni** qeyd etdikdən sonra **Saxla** düyməsini klikləyirik.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/9/0/3/a/903ae50500bdc800/11cf4331-b3b1-4dc9-beb2-6ca37a_nxxf2o.png)](https://downloads.intercomcdn.com/i/o/737042957/ac8dfdab84eda874b4108373/Untitled.png?expires=1759767300&signature=e52f09ef5b3a015571f95d6dce16af6a0ddf95fa52a1351e8aec026715ea32fe&req=cyMgFs18lIRYFb4f3HP0gPn7QDlT2e8z4IZM0004s9ydDIN5GOOGsvkKCnqA%0Ab72njxfDhgtC6iehTw%3D%3D%0A)

**Kuryer** vəzifəsi sadəcə **Çatdırılma** satış tipində istifadə oluna bilər. Terminalda **Yeni sifariş** düyməsini klikləyib **Çatdırılmanı** seçirik.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/5/6/c/0/56c0e3c6d60de000/3be831c3-4947-402f-8a53-435f4d_6yrbki.png)](https://downloads.intercomcdn.com/i/o/737045186/4aac419c0954002675d6475b/image.png?expires=1759767300&signature=e967d948c3beaaddd8cb8ff427680269c521ae15b7bd56093b7ec91b990fb2b7&req=cyMgFs17nIlZFb4f3HP0gAenHICAgVT0kVRjUrQuCpkCr4OdheWaSvyxSTS3%0ANxXx3pLSTpacEDEfIg%3D%3D%0A)

Kuryer ikonuna klikləyirik.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/a/8/c/4/a8c428df6e795000/71b0cb6b-a0dd-4cfa-a3a7-b9c2b0_oyq84.png)](https://downloads.intercomcdn.com/i/o/737046217/1b7cffa9fa8c13b11d1c85b7/Untitled.png?expires=1759767300&signature=2ba6578ea583eaecfb0929e36f7de657feb24b83c9b1f95046e0b71da7f4eb69&req=cyMgFs14n4BYFb4f3HP0gOFi9JpHk6wYmJlhzQuzVhG%2FxbP4DdnyiA0FHfBH%0AL6JI8pAKL4OsVDhoUw%3D%3D%0A)

Açılmış pəncərədə əlavə edəcəyimiz kuryerin qarşısındakı **tətbiq et** düyməsini seçdikdən sonra, həmin kuryerin çatdırılma haqqını qeyd edirik və **saxla** düyməsini klikləyirik. Qeyd edilmiş məbləğ yekun məbləğin üzərinə əlavə olunur.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/e/5/b/d/e5bdf7836fcbe800/bf4f15bb-9412-4158-8ca8-f6029b_xcdt5.png)](https://downloads.intercomcdn.com/i/o/737047399/8f846438061211f0e09e37db/image.png?expires=1759767300&signature=b8938a6504664271d50f54268ee17e9a9098c0901ffd4c86d1659aaebda6d8ed&req=cyMgFs15nohWFb4f3HP0gJDc3RPuq1mRKlIBBpKMyyX3jlCxfX09ULojB3qt%0A986zhA2bU%2FEVzi8XkA%3D%3D%0A)

Əməkdaşın çatdırdığı məhsul dövriyyəsinə, kuryerin çatdırılma haqqına və çeklərin sayına baxmaq üçün **Arxa panel → Statistikalar → Hesabatlar** bölməsinə daxil oluruq. Yuxarıda yerləşən filter menyusundan **Əməkdaşlar** bölümünə keçid edərək **Çatdırılma haqqı (Kuryer), Qəbz sayı (Kuryer)** və **Məbləğ (Kuryer)** sütunlarından bu məlumatları əldə edə bilərik.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/6/e/c/76ec134f1a5be800/968d0994-2137-4421-92d0-5bfc8f_1spurss.png)](https://downloads.intercomcdn.com/i/o/737051203/5513a1634cae265885447462/Untitled.png?expires=1759767300&signature=7f98a5c37b293c81894ffbe3ca97a404afc3e750ad5fce145d0c806d7103291c&req=cyMgFsx%2Fn4FcFb4f3HP0gEzbG9eV5rNWzsbgG9gMu55ksyqgw9xW0yahNsdr%0AOT2ET9TTMBOIxrVpjw%3D%3D%0A)