> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Çekdən məhsulu tullantıya göndərmək

## **Silinmə səbəbinin yaradılması və tullantı əməliyyatı**
Bəzən elə hallar olur ki, müştəri sifariş verdiyi məhsulu artıq istəmir və həmin məhsul bişmiş vəziyyətdə qalır. Belə situasiyalarda məhsulu birbaşa terminaldan tullantıya vermək mümkündür.
Bu əməliyyatı icra etmək üçün ilk növbədə sistemdə **silinmə s**əbəbi yaradılmalıdır. Silinmə səbəbi yaratmaq üçün **Arxa panel → Tənzimləmələr → Ümumi** bölməsinə daxil olaraq yeni[ silinmə səbəbi ](https://az.help.clopos.com/az/article/mehsulun-cekden-silinme-sebebi-1uxj63o/)əlavə edilir.
Silinmə səbəbi  yaradıldıqdan sonra, terminal üzərindən tullantı əməliyyatı zamanı həmin səbəb seçilərək bişmiş, lakin istifadə olunmayan məhsul tullantıya verilə bilər. Bu, həm sistemdə dəqiqliyi qorumağa, həm də satış hesabatlarında real vəziyyətin əks olunmasına kömək edir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/screenshot2_od9sz.png =755xauto)


Səhvən çekə əlavə olunub, anbara qayıtmamalı olan (bişirilmiş, israf olmuş ) məhsulu  çekdən silindikdə, həmin məhsulun silinmə səbəbini seçmək tələb olunur. Bu zaman, məhsulu **Tullantıya atıb-atmamağımızı** seçirik. Əgər məhsulu tullantıya atmaq qərarına gəliriksə, **Tullantıya at** seçimini aktivləşdiririk.
Bu seçim edildikdən sonra, **aşağı hissədə şərh** yazmaq imkanı yaranır. Şərh yazıldıqdan sonra, **Saxla** düyməsini klikləyərək əməliyyatı tamamlayırıq.
Bu addımların yerinə yetirilməsi ilə məhsul çekdən silinir və tullantıya verilir, beləliklə də sistemdə real vəziyyət əks olunur.

|| 💡 Qeyd edək ki, məhsulu çekdən birbaşa tullantıya atmaq üçün "Çekdən tullantıya göndərmək" [icazəsinə ](https://az.help.clopos.com/az/article/vezifelere-elave-ve-deyisiklikler-etmek-r5yaf6/)sahib olmalısınız.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/screenshot3_sd94kp.png =664xauto)

## **Tullantıya Verilmiş Məhsullara Baxış**
[Tullantıya ](https://az.help.clopos.com/az/article/tullanti-israf-f5aptq/)verilmiş məhsulları izləmək üçün **İnventar → Tullantı** bölməsinə daxil ola bilərsiniz.
Bu bölmədə sistemdə tullantıya atılmış bütün məhsulların siyahısı əks olunur. Əgər məhsul **çekdən tullantı** edilərək silinibsə, həmin əməliyyatın qarşısında **çekin İD kodu** göstərilir.
Bu, tullantı əməliyyatlarının mənşəyini izləməyə və hər bir məhsulun hansı çekdən silindiyini müəyyənləşdirməyə imkan verir.

|| 💡 Qeyd edək ki, satış zamanı məhsul hansı anbardan azalırsa, tullantı edilən zaman da azalma həmin anbardan olacaq.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/screenshot4_183za9m.png =1379xauto)
**Tullantıların qarşısında 3 nöqtə** mövcuddur. Bu 3 nöqtədən istifadə edərək əməliyyatı **Excel faylı** kimi **export** edə bilərsiniz. İxrac edilən fayl kompüterinizə **qaimə** şəklində yüklənəcəkdir.

||| ⚠️ Nəzərinizdə olsun ki, tullantı əməliyyatını geri qaytarmaq mümkün deyil. Bir dəfə tullantıya atılmış məhsul geri alına bilməz. Əməliyyatı ləğv etmək üçün çeki silməlisiniz.