> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Çek sahibinin dəyişdirilməsi

## Satış terminalında çek sahibini dəyişmək üçün aşağıdakı addımları izləmək lazımdır:

* Terminalın interfeysində müvafiq masaya daxil olun.
* Ekranın sağ alt küncündə yerləşən üç nöqtəli menyuya klikləyin.
* Açılan menyudan **"Çek sahibini dəyiş**" seçimini edin və istədiyiniz yeni sahib məlumatlarını daxil edin.  
​

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/9/d/0/3/9d03e1eb2623a000/f09da4f8-6d7a-4c78-bc81-eb8586_gn440z.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1227364477/b8dca01ae02155aff909b4f414a9/Screenshot_2.png?expires=1759767300&signature=7fa959507a65c03ed8f0d6a400b70649243a928498ad2637e807cc5422d47e62&req=dSIlEcp4mYVYXvMW1HO4zSa9wmRveyTFLf7gBfJBDr1W12lbHSQCYXZ%2Frw1y%0A%2Bv7ZTcrpNUAlR5PGQck%3D%0A)

Açılan pəncərədə dəyişmək istədiyiniz əməkdaşın adını seçib, "**Saxla**" düyməsinə klikləyin. Bu addımı tamamladıqdan sonra çek sahibinin dəyişməsi təsdiqlənəcək və əməliyyat tamamlanacaq.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/b/3/3/e/b33ee510a8739000/554aa321-e193-421c-991a-30b131_cabzjl.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1227365539/b52e52ac4751ddb2809ecb0ddce9/Screenshot_3.png?expires=1759767300&signature=b873e12d168466fc2b99776644fb409d63e3edc8376d0eb487b0ab4873f52f69&req=dSIlEcp4mIRcUPMW1HO4zd5XBe9K6Q2SlOYh8Txa9DzMBjNjsif0nHeCHDJV%0AWYAaHCDwcxUEMDwx63g%3D%0A)

Əgər həmin əməliyyat sizdə görünmürsə, arxa panelə daxil olaraq çek sahibinin dəyişilməsi icazəsini aktiv etməlisiniz. Bunun üçün sistem parametrlərində müvafiq hüquq və icazələri yoxlayıb, **"Çek sahibinin dəyişdirilməsi**" funksiyasını aktivləşdirin. Bu icazə verildikdən sonra əməliyyatı yerinə yetirə biləcəksiniz.

​

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/8/4/0/7840903ea49b4800/79e538a0-bf41-4a63-a3f8-cef013_3w7ai0.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1703184151/d955def4fa40aec91b95d04fddc3/Screenshot_3.png?expires=1759767300&signature=f8dc43565ae68106aae9cc81cb15501e0a618f38ffc5f5ca51a7467bcfa907d6&req=dScnFch2mYBaWPMW1HO4zUXgkQShGdRJEkbiity5isDEZN1XyNBEvrK41dDU%0ASfr%2BcZLrgM26whFu72k%3D%0A)


​