> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Brend məlumatlarının təmizlənməsi

###### Brendinizin müəyyən datasını — çekləri, maliyyə əməliyyatlarını, anbar qalıqlarını və ya menyu məlumatlarını — tamamilə silə bilərsiniz. Əməliyyatlar geri qaytarılmır, ona görə davam etməzdən əvvəl seçimlərinizi mütləq yoxlayın.

||| ⚠️ Silinmiş data bərpa edilə bilməz. Bu bölmədəki əməliyyatlar geri qaytarılmadığı üçün yalnız nə etdiyinizə tam əmin olduqda davam edin.

## Bölməyə daxil olmaq:

* Arxa paneldə **Tənzimləmələr → Ümumi** bölməsinə daxil olun.
* Yuxarıdakı **Məlumatların təmizlənməsi** tabını seçin.
* **Əməliyyat növü** menyusundan silmək istədiyiniz əməliyyatı seçin.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_n2ix37.png =1187xauto)
## Filial datasının silinməsi:
Bu əməliyyat seçdiyiniz bir və ya bir neçə filial üçün tətbiq olunur və iki kateqoriyanı əhatə edir:

* **Maliyyə + Hesabatlar** (birlikdə silinir) — kassa növbələri, maliyyə əməliyyatları və balanslar, çeklər, satış hesabatları, geri qaytarmalar və vergi qeydləri.
* **Anbar** — anbar əməliyyatları, məhsul qalıqları, tədarük və geri qaytarmalar.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_16d02aa.png =1186x541)
## Menyunun silinməsi:
Bu əməliyyat filial seçimindən asılı deyil — **bütün brend boyunca** məhsul datasını silir:

* Hazır məhsullar, texkartalar, ingredientlər, yarımfabrikatlar, modifikatorlar və taymerlər.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1s2jwc5.png =1186x645)

|| 💡 Silinmə zamanı **açıq çek** olmamalıdır. Bir və ya bir neçə növü eyni anda seçə bilərsiniz.

## Əməliyyatın təsdiqlənməsi:

* Sistemdə **Əməkdaş istifadəçilər** bölməsində qeyd olunan **owner (brend sahibi)** nömrəsinə **6 rəqəmli SMS kodu** göndərilir.
* Kod **5 dəqiqə** ərzində daxil edilməlidir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1siup06.png =1186x645)

|| 💡 Təsdiq kodu **owner** nömrəsinə gəldiyi üçün həmin nömrənin sistemdə düzgün qeyd olunduğundan əmin olun. Əgər nömrə qeyd olunmayıbsa, əvvəlcə **Əməkdaş istifadəçilər** bölməsindən owner-in nömrəsi qeyd olunmalıdır. Bu əməliyyatları yalnız **brend sahibi** edə bilər. Bütün əməliyyatlar sistemdə qeyd olunur.

Əməliyyat təsdiqləndikdən sonra seçdiyiniz data birdəfəlik silinir.
