> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Bəxşiş

**Əməkdaşlarınıza müştərilər tərəfindən bəxşişin verilməsi iki üsulla həyata keçirilə bilər:**

**1. E-menyu vasitəsilə:**

Müştəri, e-menyuda yerləşən *Bəxşiş* bölməsinə daxil olaraq bəxşiş vermək istədiyi əməkdaşı seçir. Əgər əməkdaşlara bəxşiş icazəsi aktiv edilibsə, bu zaman onların adı və şəkli ekranda görünəcək. İstənilən əməkdaş seçilərək bəxşiş göndərilə bilər.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/3_1dk6642.png =1243xauto)

**2. Çek üzərindən (Clopos Pay ilə ödəniş zamanı):**

[Clopos Pay](https://az.help.clopos.com/az/article/clopos-pay-1y3ybii/) ilə ödəniş zamanı, çekin yekun məbləğindən əlavə olaraq əməkdaşa bəxşiş vermək mümkündür. Bu üsulda əməkdaşların siyahısı göstərilmir — bəxşiş yalnız çekin sahibi olan əməkdaşa tətbiq edilir.
Ödəniş səhifəsində üç seçim təqdim olunur:
* **Yalnız Hesab** — yalnız çekin məbləği ödənilir, bəxşiş əlavə edilmir.
* **Yalnız bəxşiş** — yalnız seçilmiş bəxşiş məbləği ödənilir.
* **Hər ikisini ödə** — həm çekin məbləği, həm də bəxşiş birlikdə ödənilir.
Bəxşiş məbləği **5%**, **10%** və ya **15%** hazır faizlərdən seçilə, yaxud **Fərdi** sahəsi vasitəsilə əl ilə daxil edilə bilər.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/2_1u5z2fj.png =1253xauto)
### İstifadə etmənin qaydaları:

Clopos Pay tətbiqi aktiv edildikdən və müvafiq sazlamalar tamamlandıqdan sonra, müştərilərinizə təqdim edilən ön çekin aşağı hissəsində Clopos Pay ilə ödəniş üçün QR kod avtomatik olaraq əks olunur.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_11iswvw.png =435xauto)
Müştəri təqdim olunan QR kodu telefon vasitəsilə oxutduqda, müvafiq ödəniş səhifəsi açılır. Açılan səhifədə ilk olaraq Ödə düyməsini sıxaraq ödəniş prosesinə başlayırsınız. Daha sonra Clopos Pay səhifəsində siz həm yekun məbləği, həm də bəxşiş məbləğini seçərək ödəniş edə bilərsiniz.

Əgər yekun məbləğ və bəxşişi eyni anda ödəmək istəmirsinizsə, onları ayrıca şəkildə də ödəmək mümkündür. **Seçim** düymələrinin üzərinə klik edərək bu seçimləri aktiv və ya deaktiv edə bilərsiniz.

Standart bəxşiş faizləri mövcuddur. Lakin istəyə uyğun olaraq, fərdi məbləğ təyin etmək də mümkündür. Bunun üçün sadəcə **“Fərdi”** düyməsinə klikləyin və açılan sahəyə istədiyiniz bəxşiş məbləğini daxil edin.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_k777kb.png =1224x636)
[Əməkdaşın](https://az.help.clopos.com/az/article/emekdaslarin-elave-edilmesi-3tq3pp/) hesabına bəxşişin daxil olması üçün onun **Birbank** kartının olması mütləqdir. Digər bankların kartlarını əlavə etmək mümkün deyil. Birbank kartı əlavə edildikdən sonra bəxşiş məbləğləri 48 saat ərzində əməkdaşın hesabına köçürülür.

###### Əməkdaşın hesabına bank kartının əlavə edilməsi
Əməkdaşın hesabına Birbank kartını əlavə etmək üçün arxa panelə daxil olun və **İstifadəçilər** bölməsini açın.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_gnllno.png =1172xauto)
Kart əlavə ediləcək əməkdaşın adının qarşısındakı **üç nöqtə** işarəsinə klikləyin və **Bank kartını idarə et** bölməsini seçin.
Açılan **Bank kartını idarə et** pəncərəsində **Bank kartı əlavə et** düyməsinə klikləyin.
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1ugwzmb.png =1273x145)
Birbank səhifəsi açılır. Burada kart nömrəsi, son istifadə tarixi (**AY/İL**) və **CVV2** kodu daxil edilir, sonra **Ödə** düyməsi seçilir.
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_z5rozj.png =550xauto)
|| 💡 Kartın aktiv olduğunu yoxlamaq üçün 0.01 AZN məbləğində ödəniş çıxılır və həmin məbləğ sonra kartа geri qaytarılır.


Hesabı ödəmək üçün iki üsul mövcuddur: **Bir Pay** vasitəsilə Birbank səhifəsinə keçid edərək kart məlumatlarını daxil etməklə, yaxud cihazdan asılı olaraq **Google Pay** və ya **Apple Pay** ilə ödəniş etməklə. Ödəniş uğurlu alındığı halda kassa satış terminalında həmin çek **Clopos Pay** ilə ödəniş növü üzrə bağlanır.



![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/5_triwi1.png =1186xauto)

Əgər **Clopos Pay** sistemində əməkdaşınıza müştərilərin bəxşiş verəcəyi zaman görməsi üçün xüsusi bir qeyd (not) əlavə etmək istəyirsinizsə, bunun üçün **Əməkdaş → İstifadəçilər** bölməsinə daxil olun. Daha sonra əməkdaşın adının qarşısındakı üç nöqtə işarəsinə klikləyin və **Dəyişmək** seçimini vurun. Açılan pəncərədə "Bəxşiş verilə bilər" seçimini aktivləşdirin və **"Bəxşiş mesajı"** sahəsinə istədiyiniz mətni daxil edin.



![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/6_kpb3lh.png =1250xauto)