> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Barkod printerinin driverinin yazılması və sazlanması

## Barkod printerlərinin quraşdırılması

**Barkod** — məhsul və ya obyekt haqqında məlumatı saxlayan qrafik koddur. **Barkod printeri** isə bu kodları xüsusi etiketlər üzərinə çap edən cihazdır. Ticarət, anbar və logistika sahələrində geniş istifadə olunur.

## Kabel bağlantısı və cihazın qoşulması

Barkod printerindən istifadə etməyə başlamaq üçün öncə cihazın kompüterə fiziki olaraq qoşulması lazımdır. Ən çox istifadə olunan bağlantı növü **USB**-dir. Printerin USB kabeli kompüterə, enerji kabeli isə elektrik şəbəkəsinə qoşulur. Cihaz işə düşdükdə indikator lampası vasitəsilə aktiv olduğunu göstərir.

## Driver-in quraşdırılması

Printerin işləməsi üçün tələb olunan **driver**-i [yüklə](https://drive.google.com/uc?export=download&id=1yKEldIA1qxHjqV6yFZT5pK8HL9sVm13v) sözünə klik edərək endirə bilərsiniz. Faylı işə salaraq quraşdırmanı tamamlayın.

|| 💡Barkod driverini quraşdırarkən, əgər USB printerdən istifadə edirsinizsə, printeri mütləq söndürün ki, onun mövcud driverinə zərər dəyməsin.

## Default printer olaraq təyin edilməsi

Driver yazıldıqdan sonra barkod printerini əsas printer kimi təyin etmək üçün:

* **Control Panel** → **Devices and Printers** bölməsinə daxil olun.
* Barkod printerin üzərinə sağ klikləyin və **Set as default printer** seçin.

Bu addımdan sonra sistem avtomatik olaraq bütün çap əmrlərini həmin printerə yönləndirəcək.

|| 💡 Setup yüklənərkən printer default (əsas) olaraq seçilibsə, bu addımı yerinə yetirməyə ehtiyac yoxdur.

## Printerin kağız ölçülərini necə tənzimləmək olar?

Çeklərin düzgün şəkildə çıxması üçün printerin kağız ölçülərini düzgün təyin etmək vacibdir. Bunun üçün aşağıdakı addımları izləyin:

* Kompüterinizin **“Devices and Printers”** bölməsinə daxil olun.
* İstifadə etdiyiniz printerin **üzərinə klik edin**.
* Açılan menyudan **“Printing preferences”** bölməsinə keçin.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/6/c/4/f/6c4fcf654b93e400/3d21213d-da88-4c54-abaa-996f6f_11i5x2x.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1541418982/dc29bc0228657a58916edc19387f/Group+1.png?expires=1759767300&signature=c58c8f19a952ae1759e902a7bcdac403216021ff0502706daf5740c76ecec276&req=dSUjF81%2FlYhXW%2FMW1HO4zXjam0xhPp%2BYaWzP38zqkme0Hpe3lhdUBNs7SPx7%0AgnkwQMBfYPuBAEaNmac%3D%0A)

Əgər müxtəlif ölçülü kağızlardan istifadə edirsinizsə, onların hamısını sistemə əlavə etmək tövsiyə olunur. Bu, çap zamanı düzgün ölçünü asanlıqla seçməyə imkan verəcək.

## Page Setup tənzimləmələri

* **“Stock”** sətrində **“New”** düyməsinə klikləyin və yeni ölçünü əlavə edin.
* Açılan səhifədə:
* **Name:** Kağız ölçüsünün adını yazın (məsələn, "60x40 mm ").
* **Label Size:** Burada da eni və uzunluğu mm ilə daxil edirsiniz. Daxil etdiyiniz ölçülər sağ tərəfdə vizual olaraq kağızın formasında əks olunacaq.
* **Exposed Liner Widths:** Kağızın içərisinin (çap hissəsinin) enini qeyd edirsiniz.

Bu şəkildə bütün istifadə etdiyiniz kağız ölçülərini sistemə əlavə edə bilərsiniz. Beləliklə, hər çap zamanı düzgün ölçünü seçmək daha asan və sürətli olacaq.

## Graphics tənzimləmələri

* **Graphics** bölməsinə keçin.
* Burada **“None”** variantını seçin. Bu ayar, çap zamanı yazıların dəqiq və düzgün görünməsi üçün vacibdir.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/2/a/2/0/2a208153240b6200/4055fe60-0208-46ad-ae2b-9a1e28_2jvcd3.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1541418981/65403cf8fb1355ec932c6e3cdf16/Group+2.png?expires=1759767300&signature=385da313936c8c179f84cbbf56cf42b210aed5844652fcffc0e01d163030a635&req=dSUjF81%2FlYhXWPMW1HO4zXE9W%2FSJj%2BgOlgNAWBuHtYuBJCFRRqLBkHRYjghp%0A6CRCxiAaWfoHo5i7hnQ%3D%0A)

Barkod tətbiqinin aktiv edilməsi və sazlanması üçün [Barkod ](https://az.help.clopos.com/az/article/barkod-tetbiqi-aktiv-edilmesi-ve-istifade-qaydasi-vdumjz/)sözünə klik edərək, ətraflı məlumatları əldə edə bilərsiniz.
