> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# 🆕Avans ödənişlərində "Ödənilib" və "Ödəniləcək" göstəriciləri

Artıq müştəri sifarişə **avans (əvvəlcədən)** ödəyəndə, ödədiyi və qalan məbləğ artıq həm terminalda, həm də çekdə aydın şəkildə görünür. Bu məbləğləri əl ilə hesablamağa ehtiyac qalmır.

🔄 **Necə işləyir?**
Konstruktora iki yeni blok əlavə olunub: **Ödənilib və Ödəniləcək**. Müştəri sifarişə avans ödədikdə, bu bloklar həm terminalda, həm də çekdə görünür.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_9774d4.png)
🖥️ **Terminal**
**Ödənilib və Ödəniləcək** bloqları terminalda yekun (total) məbləğdən əvvəl göstərilir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_h9wd52.png =992xauto)
🧾 **Çek**
Çek çap olunarkən hər iki məbləğ — ödənilən və qalan — çekdə əks olunur.
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1ybq9rg.png =329xauto)
⚙️ **Konstruktor**
Konstruktorda bu blokların ölçüsü və yeri dəyişilə bilir (yuxarı və ya aşağı sürüşdürməklə). "Ödəniləcək" bloku dəyişməz olaraq qalın şriftlə göstərilir.

🎯 **Nəticə**

💳 **Ödənilib** → müştərinin ödədiyi avans məbləğini göstərir
⏳ **Ödəniləcək** → qalan məbləği göstərir
📍 **Məlumat hər** 3 yerdə görünür: terminal, çek və konstruktor

Misal: Sifarişin məbləği 100 ₼-dir. Müştəri 60 ₼ avans ödəyir:

Ödənilib: 60 ₼
Ödəniləcək: 40 ₼

Hər iki məbləğ eyni zamanda terminalda və çekdə göstərilir.
