> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Anbar ehtiyatında olan məhsul niyə silinmir?

### Məhsul anbar ehtiyatında olduğu üçün silinmir
Əgər silmək istədiyiniz məhsul **anbar ehtiyatında** mövcuddursa, sistem onu silməyə icazə vermir. Çünki məhsulun silinməsi anbar tarixçəsinin bütövlüyünü pozardı. Bu halda məhsulu yalnız anbar ehtiyatını sıfırladıqdan sonra silmək mümkündür.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/5/7/d/5/57d5df96de3ba000/c9d62331-aad5-4f14-ad50-4c2b21_jojjbz.png)

### Məhsulun ehtiyatını yoxlamaq

* **İnventar → Ehtiyat** bölməsinə daxil olun.
* Məhsulunuzu tapmaq üçün axtarış edin.
* Məhsulun mövcud miqdarını yoxlayın (məsələn, "Əsas Anbar"da 12 ədəd).

![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763617/211923a388ce9296ccd507875e9e/3.png?expires=1759767300&signature=8c434a34349d542d50639a0999dd054919a86baa449841ebf5bc84699cea1dcb&req=dSIiEs54nodeXvMW1HO4zbfG22V3mfZJZ6FQ%2FdiyOL1SG2ZlBcKoXQNuNZ%2BI%0Athb7FdYa2sMfTnp0SOs%3D%0A)
### Məhsulun ehtiyatını sıfırlamaq
* **İnventar → İnventarlaşdırma** bölməsinə daxil olun.
* **Yarat** düyməsinə klikləyin.

Bu bölmə anbar qalığının sistemə daxil edilməsi və yenidən hesablanması üçün istifadə olunur.

Açılan pəncərədə:

* **Anbar** hissəsindən ehtiyatı hesablayacağınız anbarı seçin.
* **"Addım 2"** düyməsinə vurun və aşağıdakı **Əlavə et** bölməsinə keçin.

![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763620/5640b1b0fb9c6d99cd1dd0a15b3a/4.png?expires=1759767300&signature=a771de451a6946a4b7f2205ea994208eb02bd624d4ad48a7c658e182b86b4bc2&req=dSIiEs54noddWfMW1HO4zdECIsGl%2BFjicrn2XqM9WxaxP0Bg1dMxqQqpENut%0A2KSLZVLJaUeeBBDYyhE%3D%0A)
![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1257118964/2aeb73e25a7e3366b3920d1c4840/Screenshot_1.png?expires=1759767300&signature=9f2bf414e8278b4680aec712a3563aff866c013f74303227600ed9b1b3ee4c5c&req=dSIiEch%2FlYhZXfMW1HO4zWrQMdf9M43wVpTXcTVOzWqWh6jCgJETFQTjGL2w%0AJjZpM2LOkE72n3cLzu4%3D%0A)

|| 💡 **Qeyd:** "Addım 2" məhsulların, inqrediyentlərin və hazırlamaların hesablanması üçün nəzərdə tutulub.

### Məhsulun faktiki qalığını sıfırlamaq

* Sayımı aparmaq istədiyiniz məhsulu seçin (məsələn: **Cola Banka 330ml**).
* Aşağıda yerləşən **Tətbiq et** düyməsinə klikləyin.

![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1257119493/fc9605a32f2d4af939e794c1c091/Screenshot_2.png?expires=1759767300&signature=baf3ec0bb149f938d194ddded4790238e0b8c5abc6561794867f0155045aa0d9&req=dSIiEch%2FlIVWWvMW1HO4zUZ%2F2i4JjQr5Fr9dho%2FdKx5QFw%2B8XA%2BpA2iGck7y%0AUSoX%0A)

Açılan pəncərədə:

* **Gözlənilən qalıq** (məhsulun anbarda cari miqdarı) və **Faktiki anbar qalığı** (sayım sonrası miqdar) sahələrini görəcəksiniz.
* **Faktiki anbar qalığı** sıfır olaraq gələcək. Məlumatı təsdiqləyib **"İnventarlaşdırma yoxlamasını aparın"** düyməsinə vurun.

![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763616/30c2d165df03e3334a798f9249f0/7.png?expires=1759767300&signature=6e0dadceeb7fa6ea16cb4f38db556c87604908f6b06c2209244efef5e7d6bfcb&req=dSIiEs54nodeX%2FMW1HO4zfDh6%2Frkg7lMrC7%2FBpf%2BqI8wsAhj4PbLvwLvXkn1%0AqYDKC0hDIO6t9%2BNcryY%3D%0A)

### Məhsulu anbardan silmək

* Yenidən **Ehtiyat** bölməsinə keçin.
* Məhsulun miqdarı artıq sıfır olacaq.
* Məhsulun sətrinin sonunda yerləşən üç nöqtəyə (...) klik edərək **Sil** seçimini edin.

![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763618/15dde328e02bd5db6c3c80932acc/8.png?expires=1759767300&signature=e391d66a210ba0993a201d583765758b3ad718198f807eebf6f3c341797e2ed1&req=dSIiEs54nodeUfMW1HO4zV9eFTxIe6wATdjq%2FvMtgsJed0vc7GE4FxTRDCTi%0AVps1%2FhAkNUOX%2FOECxho%3D%0A)

### Məhsulu menyudan silmək

* **Menyu → Məhsullar** bölməsinə keçin.
* Məhsulun sətrinin sonunda yerləşən üç nöqtəyə (...) klik edərək **Sil** seçimini edin.

Bu addımları tamamladıqdan sonra məhsulu anbar ehtiyatından çıxarıb tamamilə silə bilərsiniz.

![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763619/ad1d016e6c046fbff5b462403774/9.png?expires=1759767300&signature=336adf339ad9317a2cb3c9d7f2a6b80065fdee8631121517cc1819431ed3a89e&req=dSIiEs54nodeUPMW1HO4zUFLFenABRnV2J9wHPSE3BONsZkgeErAjr9cnnQs%0ACkDvgitj6ivsA2C4Yo4%3D%0A)