Menyu quruluşu
Menyuda Məhsulların və kateqoriyaların yerlərini dəyişmək üçün iki üsul var.
Birinci üsul Arxa paneldən etməkdir. Bunun üçün, Arxa panel→ Menyu→ Menyu quruluşu bölməsinə daxil oluruq. Bu bölümə daxil olduqda menyu Kateqoriyalarını görəcəksiniz. Kateqoriyaların üzərinə klik etdikdə həmin kateqoriyada hansı məhsulların olduğuna dair Məhsullar sütununu açılacaq. Məhsul və ya Kateqoriyaların yerlərini dəyişmək istəyiriksə, maus işarəsini 3 xətt iconun üzərinə gətirib (bu zaman əl işarəsi görünəcək), mausun düyməsini basılı tutaraq yuxarı və ya aşağı sürüştürməklə yerdəyişmə edə bilərsiniz. Bu prosesi eyni zamanda məhsullar üçün də tətbiq etmək mümkündür.
Yerdəyişmə işləmini bitirdikdən sonra Saxla düyməsinə klik etməlisiniz. Bu zaman etdiyiniz dəyişikliklər terminalda görsənəcək.
Eyni qayda ilə QR Menyu → Menyu quruluşu bölməsində dəyişikliklər edərək məhsulların yerini dəyişə bilərik. Bu dəyişikliklər QR menyuya təsir edir.
İkinci üsul Terminal üzərindən etməkdir. Bunun üçün terminalda menyuya daxil olub, tənzimləmələr işarəsini klik edərək yerdəyişmə ikonunu seçirik.
Mausun düyməsini məhsullar (kateqoriyalar) üzərində basılı tutaraq yerdəyişmə etdikdən sonra, əməliyyatı təsdiqləyirik.
Yeniləndi: 19/12/2025
Təşəkkürlər!


