Statistika→Ödənişlər
Statistika → Hesabatlar → Ödənişlər hissəsindən ödəmə üsuluna görə statistik məlumatlara baxmaq mümkündür. İlk açılan səhifədə ödəniş üsullarının cəmi kimi Cəm satış görünür. Bütün ödəniş üsullarına ayrı-ayrı baxmaq üçün, şəkildə bənövşəyi rənglə işarələnmiş bölməni açıb, istənilən ödəniş üsulunu aktiv edə bilərsiniz.
Ödəniş üsullarını aktiv edəndən sonra, qəhvəyi rəng ilə işarələnmiş bölmədə filter edərək, "Terminal" / "Satış üsulu" / "Əməkdaşlar"/ "Mənbə" üzrə statistikaya baxa bilərsiniz.
Mənbə filteri ilə satışları iki qrupa ayıra bilərsiniz:
- Terminalda yaradılan çeklər;
- Arxa paneldən yaradılan çeklər.
Əməkdaş filterində seçdiyiniz əməkdaş, çekin sahibi deyil; burada yalnız çeki bağlayanın hesabatı görünür.
💡 Məlumatların Excel faylında yüklənməsinə ehtiyac olduqda, sağ yuxarı küncdəki Eksport düyməsinə klikləyin və müştərilər üzrə statistik məlumatları özündə əks etdirən Excel cədvəlini yükləyin.
Yeniləndi: 16/10/2025
Təşəkkürlər!

